Dünya

Tramp ağcaqanadlarla bağlı fərman imzaladı - 90 faiz azaldılacaq

1 Oktyabr 2026 12:54
Baxış: 370
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda invaziv ağcaqanad və gənə populyasiyasının azaldılmasına yönəlmiş sərəncam imzalayıb. Sərəncamın əsas hədəflərindən biri 2028-ci ilə qədər invaziv ağcaqanadların sayının 90 faiz azaldılmasıdır. 

Milli.Az xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, sərəncamın imzalanmasından sonra 60 gün ərzində bununla bağlı xüsusi kampaniya hazırlanmalıdır.

Sənədə əsasən, Vaşinqtonda Asiya pələngi və Misir ağcaqanadı da daxil olmaqla invaziv ağcaqanad növlərinin sayının 90 faiz, gənələrin sayının isə 50 faiz azaldılması nəzərdə tutulur. Bunun üçün təhlükəsiz, qeyri-kimyəvi və texnologiyaya əsaslanan üsullardan istifadə ediləcək. 

Kampaniya çərçivəsində ağcaqanad və gənələrin çoxaldığı ərazilərin azaldılması, təbii və hədəflənmiş mübarizə üsullarından istifadə, həmçinin steril həşərat texnikası kimi yeni texnologiyaların tətbiqi planlaşdırılır.

Ağ Ev sərəncamın əsas məqsədinin ağcaqanad və gənələrin yaydığı xəstəliklərin qarşısının alınması olduğunu bildirib. Sənəddə Qərbi Nil virusu, Zika, Çikunqunya və Denqe kimi ağcaqanadlarla yayılan xəstəliklərlə yanaşı, gənə vasitəsilə yayılan bir sıra xəstəliklər də qeyd olunub.

Sərəncamda həmçinin gənə dişləməsindən sonra yarana bilən alfa-qal sindromu ilə bağlı tədqiqatların və müalicə üsullarının inkişaf etdirilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, sərəncam 29 sentyabr 2026-cı ildə imzalanıb. 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.