İdman

Ronaldo Portuqaliya millisi ilə bağlı qərarını verib

1 Oktyabr 2026 10:30
Baxış: 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Kriştianu Ronaldo Portuqaliya milli komandasında çıxışını dayandırmaq qərarına gəlib.

Milli.Az Portuqaliya mətbuata istinadən xəbər verir ki, məlumata əsasən, 41 yaşlı hücumçunun qəbul etdiyi qərar qətidir. Ronaldo bundan sonra Portuqaliya millisinin heyətində yer almayacaq. Onun yığmadakı son qarşılaşması Millətlər Liqasının I turunda Uelsə qarşı keçirilən və Portuqaliyanın 1:0 hesablı qələbəsi ilə başa çatan matç olub.

Bildirilib ki, Ronaldo daha əvvəl milli komandanın məşqini yarımçıq qoyaraq düşərgəni tərk edib. O, Portuqaliyanın Millətlər Liqasının III turunda Danimarka ilə qarşılaşacağı Kopenhagendən də ayrılmalı idi.

Qeyd edək ki, Kriştianu Ronaldo Portuqaliya millisində 234 oyun keçirib və 146 dəfə fərqlənib. Təcrübəli futbolçu həm keçirdiyi matçların, həm də vurduğu qolların sayına görə milli komandanın rekordçusudur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.