Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yeni qayda
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gündən Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər qüvvəyə minəcək.
Milli.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, müştərilər bank və BOKT-lara yazılı müraciət edərək istehlak kreditinin məsafədən rəsmiləşdirilməsinə və ya kredit limitinin artırılmasına məhdudiyyət qoya biləcəklər. Bu məhdudiyyət müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə etdiyi yazılı müraciət əsasında aradan qaldırıla bilər.
Banklar və BOKT-lar kredit verərkən müştərinin belə məhdudiyyət qoyub-qoymadığını öz sistemləri ilə yanaşı, kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalı olacaqlar. Məhdudiyyət qoyulmuş şəxslə məsafədən istehlak krediti müqaviləsi bağlamaq və ya kredit limitini artırmaq mümkün olmayacaq.
Məhdudiyyət qoymuş şəxs sonradan məsafədən kredit götürmək və ya kredit limitini artırmaq üçün müraciət etdikdə, bank və ya BOKT müştərini bu barədə mobil tətbiq və ya SMS vasitəsilə dərhal məlumatlandıracaq.
Əlavə olaraq, yeni qaydalara əsasən, məsafədən verilən istehlak kreditlərində və ya artırılan kredit limitlərində vəsait dərhal təqdim edilməyəcək. Belə ki, gün ərzində verilən və ya artırılan vəsait minimum əmək haqqının iki mislinədək olduqda, pul müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 2 saat sonra veriləcək. Məbləğ minimum əmək haqqının iki mislindən çox olduqda isə vəsait 24 saat sonra təqdim olunacaq.
Bundan başqa, istehlak krediti müqaviləsində borcalanın verilmiş və ya artırılmış kredit üzrə öhdəlikdən azad edilməsi ilə bağlı müddəa da nəzərdə tutulacaq. Məsafədən rəsmiləşdirilən istehlak krediti müqavilələrində və ya kredit limitinin artırılması ilə bağlı müqavilə dəyişikliklərində borcalanın məsafədən kredit götürməyə məhdudiyyət qoyub-qoymadığı barədə məlumat da əks olunacaq.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı
-
20 Yanvar və Moskva prospektində “manatlıq taksi”lərə qadağa - Səbəb açıqlandı
-
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana gətirildi
-
Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
-
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yeni qayda
-
Bakıda illərdir bir nəfərin belə yaşamadığı müəmmalı bina - (Video)
XƏBƏR LENTİ
-
Məktəbdə dərs bölgüsü üstündə dava: Müəllim xəstəxanalıq oldu
-
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
-
Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı
-
Sərxoş sərnişin təyyarəni bir-birinə qatdı: Stüardessanı dişlədi
-
Rusiya dünyaya meydan oxudu: Nüvə bombasının görüntüləri yayımlandı - (Video)
-
Türkiyədə bələdiyyə sədri saxlanıldı
-
20 Yanvar və Moskva prospektində “manatlıq taksi”lərə qadağa - Səbəb açıqlandı
-
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana gətirildi
-
Kürdəmir “Günəş” şadlıq sarayındakı hadisə ilə bağlı yeni açıqlama
-
21 yaşlı Ayselin ölümündə təqsirləndirilən həkimə hökm verildi
-
Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
-
Burcu Esmersoy dəyişib belə oldu - (Video)
-
Prezident İlham Əliyev: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
-
Prezident İlham Əliyev: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
-
Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir
-
Ronaldo Portuqaliya millisi ilə bağlı qərarını verib
-
Prezident İlham Əliyev: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
-
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yeni qayda
-
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Bakıda illərdir bir nəfərin belə yaşamadığı müəmmalı bina - (Video)
-
Bakıda ilk AQEM Media Forumu öz işinə başlayıb - (Foto)
-
Britaniyalı nazir: "Siz hər bir halda zibilsiniz və bunu özünüz yaxşı bilirsiniz!"
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Nil Özalp saxlanıldı





