İdman

Ronaldonun bacısı da millidəki qalmaqala qoşuldu

1 Oktyabr 2026 09:41
Baxış: 526
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun yığmanın düşərgəsindən ayrılmasından sonra onun bacısı Katia Aveiro sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, Katia Aveiro paylaşımında qardaşının millidən ayrılması ətrafında səsləndirilən fikirlərə münasibət bildirib. O, Ronaldonu müdafiə edərək məsələ ilə bağlı yayılan məlumatların həqiqəti tam əks etdirmədiyini vurğulayıb.

"Artıq yorucudur. Deyilməli olanı faktlarla deməmək... Danışırlar, danışırlar və heç nə bilmirlər", - deyə Katia Aveiro qeyd edib.

Kriştiano Ronaldonun Portuqaliya millisinin düşərgəsini tərk etməsinin dəqiq səbəbləri ilə bağlı isə hələlik ətraflı açıqlama verilməyib. Hadisə və futbolçunun ailəsindən gələn paylaşım futbol ictimaiyyətində maraq doğurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.