Bakıda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin ikinci günü başlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda Bakı Ekspo Mərkəzində "ADEX 2026" sərgisinin ikinci günü başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu il "ADEX" iştirakçı şirkətlərin sayına görə rekord müəyyənləşdirib.
"ADEX" və "Securex Caspian" sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir. Bununla əlaqədar olaraq, məhz "ADEX 2026" sərgisi üçün Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilib.
Sərgilərdə stendlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları (ABŞ), Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alır.
Bu il ABŞ-nin "ADEX 2026"da fəal iştirakı xüsusi diqqət çəkir. "Northrop Grumman", "SIG SAUER", "Lockheed Martin", "Vantor" və "Ondas" kimi nüfuzlu ABŞ şirkətləri sərgidə ilk dəfə təmsil olunur. Almaniyadan "Rheinmetall" və "Rohde & Schwarz", Böyük Britaniyadan isə "BAE Systems" və digər şirkətlər debüt edir. Türkiyə isə sərgidə ən geniş təmsil olunan ölkədir.
Dövlətlərarası və hərbi-texniki əməkdaşlıq üçün mühüm görüş platforması olan "ADEX" ənənəvi olaraq müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. "ADEX 2026" sərgisində 39 ölkədən 59 xarici nümayəndə heyəti iştirak edir.
"ADEX 2026"nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.
Oktyabrın 2-dək davam edəcək sərgidə Qafqaz regionunun iri hərbi-texnoloji platformalarından olan sərgidə müasir hərbi texnologiya və avadanlıqlar, eləcə də Azərbaycanın müdafiə sənayesi kompleksinin imkanları nümayiş etdirilir. Eyni tarixlərdə Bakı Ekspo Mərkəzində 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi - "Securex Caspian" da təşkil olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
20 Yanvar və Moskva prospektində “manatlıq taksi”lərə qadağa - Səbəb açıqlandı
-
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana gətirildi
-
Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
-
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yeni qayda
-
Bakıda illərdir bir nəfərin belə yaşamadığı müəmmalı bina - (Video)
-
Bakıda ilk AQEM Media Forumu öz işinə başlayıb - (Foto)
XƏBƏR LENTİ
-
Rusiya dünyaya meydan oxudu: Nüvə bombasının görüntüləri yayımlandı - (Video)
-
Türkiyədə bələdiyyə sədri saxlanıldı
-
20 Yanvar və Moskva prospektində “manatlıq taksi”lərə qadağa - Səbəb açıqlandı
-
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana gətirildi
-
Kürdəmir “Günəş” şadlıq sarayındakı hadisə ilə bağlı yeni açıqlama
-
21 yaşlı Ayselin ölümündə təqsirləndirilən həkimə hökm verildi
-
Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
-
Burcu Esmersoy dəyişib belə oldu - (Video)
-
Prezident İlham Əliyev: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
-
Prezident İlham Əliyev: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
-
Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir
-
Ronaldo Portuqaliya millisi ilə bağlı qərarını verib
-
Prezident İlham Əliyev: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
-
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yeni qayda
-
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Bakıda illərdir bir nəfərin belə yaşamadığı müəmmalı bina - (Video)
-
Bakıda ilk AQEM Media Forumu öz işinə başlayıb - (Foto)
-
Britaniyalı nazir: "Siz hər bir halda zibilsiniz və bunu özünüz yaxşı bilirsiniz!"
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Nil Özalp saxlanıldı
-
Bakıda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin ikinci günü başlayıb
-
Elektrik avtomobillərinin sahiblərinə mühüm xəbərdarlıq
-
Kamçatka sahillərində ard-arda 3 zəlzələ oldu
-
Sülh tapança qabında: Bakı niyə Paşinyanın sülhpərvərliyinə inanmağı dayandırdı





