Evlərin divarına folqa sarımağa başladılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Payız aylarında havaların soyuması ilə evlərdə görünməyən, lakin varlığını hiss etdirən siçana qarşı mütəxəssislər xərcsiz və praktiki diaqnoz üsulu təklif edirlər. Gələn səslər və mətbəxdə gəmirilən bağlamalar gəmirici hərəkətliliyinin ən bariz əlamətləri sırasındadır, problemin mənbəyini tapmaq üçün isə alüminium folqadan istifadə tövsiyə olunur.
Milli.Az xəbər verir ki, Fransada aparılan araşdırmalar zərərverici problemlərinin ciddi iqtisadi və sosial ölçülərə çatdığını göstərir. "BadBugs.fr" üçün "Ipsos" tərəfindən həyata keçirilən bir işə əsasən, fransızların 62%-i həyatları boyu ən azı bir dəfə zərərverici problemi ilə qarşılaşıb. Yalnız 2021-ci ildə əhalinin 13%-nin evlərindəki siçanlarla mübarizə apardığı və bu prosesdə həmin təsərrüfata orta hesabla 379 avro xərc çəkildiyi qeyd edilib. Bu məlumatlar doğrultusunda mütəxəssislər birbaşa tələ və ya dərman almaq əvəzinə "əvvəl aşkar et, sonra əngəllə" strategiyasını tətbiq etməyin daha səmərəli olduğunu bildiriblər.
Çöldə qida mənbələrinin azalması və hava temperaturunun düşməsi gəmiriciləri bədən istiliklərini qoruya biləcəkləri sığınacaqlı sahələrə istiqamətləndirir. Zirzəmi, qaraj, kiler və camaşırxana otaqları temperatur, səssizlik və asan qida əlçatanlığı təmin etməsi səbəbindən siçanların ilk seçimi olur.
Yetkin bir siçanın içəri girmək üçün böyük bir boşluğa ehtiyac duymadığı, təxminən bir qələm eninə bərabər olan 6 millimetrlik deşiklərdən belə asanlıqla keçə bildiyi vurğulanır. Qapı altı boşluqları, köhnəlmiş pəncərə fitilləri, boru xətti keçidləri və divar çatlaraları ən çox istifadə edilən giriş nöqtələri olaraq önə çıxır.
Gözlə görünməsi çətin olan bu kiçik giriş nöqtələrini müəyyən etmək üçün alüminium folqa istifadə olunur. Folqanın yüngüllüyü və ən kiçik təmasda səs çıxarıb şəkil dəyişdirməsi gəzinti sahələrinin xəritələşdirilməsini təmin edir.
Üsulun tətbiqi isə bu addımlardan ibarətdir:
Axşam saatlarında hava axınının qarşısını almaq üçün qapı və pəncərələr bağlanılır.
Divar kənarlarına, mebel arxalarına, astanalara və boru xətlərinə kiçik folqa parçaları sərilir.
Səhər folqalarda yaranan qırışma və ya sürüşmələr keçid yolunu üzə çıxarır.
Folqalar hər gecə həmin stiqamətə doğru sürüşdürülərək 1-2 gün ərzində əsl giriş dəliyinə çatılır.
Giriş nöqtəsi müəyyən edildikdən sonra bina daxilində gigiyena tədbirlərinin artırılması və təsbit edilən boşluqların karton kimi sadə ləvazimatlar əvəzinə dayanıqlı tikinti materialları ilə qalıcı şəkildə bağlanılması lazımdır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
-
Payızda dəriyə necə qulluq edilməlidir?
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Balıq bazarında bahalaşma var - (Video)
XƏBƏR LENTİ
-
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb - (Yenilənib)
-
Ağstafada iki nəfər minaya düşüb, ölən var - Yenilənib
-
Milli Qəhrəman vəfat etdi
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi





