Bu tarixlərdə meteor yağışı olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir".
Milli.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır.
Drakonidlərin əsas cismi Yupiter ailəsi kometalarına aid olan 21P/Cakobini-Zinner kometasıdır. Kometa 1900-cü ildə fransız astronomu Mişel Cakobini tərəfindən kəşf edilib, 1913-cü ildə isə Ernst Zinner tərəfindən yenidən müşahidə olunub. 2 km diametrə malik bu qısaperiodlu kometa Günəş ətrafında bir dövrünü təxminən 6.6 ilə tamamlayır.
Kometa Günəşə yaxınlaşdıqca onun nüvəsindən ayrılan toz və bərk hissəciklər orbit boyunca yayılır. Yer hər il oktyabr ayında bu hissəciklər selindən keçdikdə onların bir hissəsi atmosferə daxil olur və Drakonid meteorlarını yaradır. Drakonidlər Yer atmosferinə təxminən 20 km/san sürətlə daxil olur. Buna görə də onlar bir çox digər meteor yağışlarının meteorları ilə müqayisədə səmada daha yavaş hərəkət edirlər.
Drakonid meteor yağışı əsasən Şimal yarımkürəsindən yaxşı müşahidə olunur. Azərbaycan da müşahidə üçün əlverişli coğrafi mövqedə yerləşir. Drakonidlərin digər meteor yağışlarından mühüm fərqlərindən biri onların axşam və gecənin ilk yarısında müşahidə üçün əlverişli olmasıdır.
2026-cı ildə Drakonid meteor yağışının maksimumunun Bakı vaxtı ilə təxminən saat 23:00-a təsadüf etməsi Azərbaycan müşahidəçiləri üçün əlverişlidir. Bundan əlavə, maksimum Yeni Ay fazasına düşdüyündən Ay işığı da olmayacaq. Meteor yağışını müşahidə etmək üçün teleskop və ya binokla ehtiyac yoxdur. Şəhər işıqlarından uzaq, açıq və qaranlıq ərazi seçmək və mümkün qədər geniş səma sahəsini adi gözlə izləmək daha məqsədəuyğundur.
Drakonidlər adi illərdə zəif meteor yağışı olsa da, tarixdə güclü aktivlik göstərdiyi dövrlər olub. Xüsusilə 1933 və 1946-cı illərdə meteor fırtınaları müşahidə edilib. Bunun səbəbi meteoroidlərin kometanın orbiti boyunca bərabər paylanmaması və Yerin bəzi illərdə daha sıx toz izləri ilə qarşılaşmasıdır. 2026-cı il üçün isə xüsusi güclü meteor fırtınası proqnozlaşdırılmır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 17 yaşlı gənc infakrtdan öldü
-
Bu tarixlərdə meteor yağışı olacaq
-
Məktəbdə dərs bölgüsü üstündə dava: Müəllim xəstəxanalıq oldu - (Yenilənib)
-
Tərtərdə “Mercedes” mikroavtobusa çırpıldı - Xəsarət alanlar var
-
Dönərxanalar üçün toyuq əti hazırlanan qanunsuz sex bağlandı
-
Kürdəmir “Günəş” şadlıq sarayındakı hadisə ilə bağlı yeni açıqlama
XƏBƏR LENTİ
-
Luis Enrike: "Ardanı klubumda görsəm xoşbəxt olaram, öyrətilməyəcək bir şey var onda"
-
Sabah yağış yağacaq
-
Cim Kerri gizli şəkildə evləndi
-
“44” bədii filmi oktyabrın 15-dən ölkənin bütün kinoteatrlarında - (Video)
-
Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür
-
Tramp ağcaqanadlarla bağlı fərman imzaladı - 90 faiz azaldılacaq
-
Azərbaycanda 17 yaşlı gənc infakrtdan öldü
-
Bu tarixlərdə meteor yağışı olacaq
-
Quba almasının qiyməti kəskin ucuzlaşdı
-
Məktəbdə dərs bölgüsü üstündə dava: Müəllim xəstəxanalıq oldu - (Yenilənib)
-
Azərbaycanda ezamiyyət qaydası dəyişdi - Yeni qərar
-
Leyla Quliyeva bu verilişi aparacaq
-
Tərtərdə “Mercedes” mikroavtobusa çırpıldı - Xəsarət alanlar var
-
Dönərxanalar üçün toyuq əti hazırlanan qanunsuz sex bağlandı
-
"Mançester"in çempionluq titulları ləğv olunur: Premyer Liqadan aşağı liqaya
-
Argentina Boliviyanı darmadağın etdi
-
Oktyabrda 9 gün iş olmayacaq - Tarixlər
-
Bağçada işləmək istəyənlərə şad xəbər
-
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
-
Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı
-
Sərxoş sərnişin təyyarəni bir-birinə qatdı: Stüardessanı dişlədi
-
Rusiya dünyaya meydan oxudu: Nüvə bombasının görüntüləri yayımlandı - (Video)
-
Türkiyədə bələdiyyə sədri saxlanıldı
-
20 Yanvar və Moskva prospektində “manatlıq taksi”lərə qadağa - Səbəb açıqlandı





