Cəmiyyət

Bağçada işləmək istəyənlərə şad xəbər

1 Oktyabr 2026 11:29
Baxış: 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayacaq məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul üçün müsahibə mərhələsinə başlanılır.

Milli.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında işğaldan azad edilmiş ərazilərdə yaşayan və digər dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində çalışan şəxslər müsabiqədənkənar qaydada qəbul ediləcəklər.

Vakansiya seçimində yalnız 2025-ci ildə keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsahibədə uğur qazanan və ən yüksək test balına malik namizəd seçdiyi vakant vəzifəyə təyin olunacaq.

Qeydiyyat zamanı şəxsi məlumatların düzgün, tam və dəqiq qeyd edilməsi xahiş olunur.

Qeydiyyatın son tarixi:

5 oktyabr 2026-cı il, saat 10:00

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.