Cəmiyyət

Oktyabrın 2-dən bu yollarda elektron tərəzilər işləyəcək

1 Oktyabr 2026 10:51
Baxış: 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması davam etdirilir.

Milli.Az xəbər verir ki, 2 tərəzi M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 91-ci km-də, Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində Bakı və Qazax istiqamətlərində, 1 tərəzi isə M-6 Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 18-ci km-də, Sabirabad rayonu ərazisində paytaxt istiqamətində quraşdırılıb.

Oktyabrın 2-dən bu elektron tərəzilər vasitəsilə nəzarət tədbirlərinin həyata keçirilməsinə başlanılacaq.

Qeyd edək ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması mərhələli şəkildə həyata keçirilir. Elektron tərəzilər yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərinə riayət olunmasına avtomatlaşdırılmış qaydada nəzarət etməyə imkan verir.

Yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə bağlı inzibati xəta elektron tərəzilər vasitəsilə aşkar edildikdə, bu barədə məlumatlar real vaxt rejimində elektron formada birbaşa mərkəzi informasiya sisteminə ötürülür və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır.

Daşıyıcılardan qanunvericiliklə müəyyən edilmiş qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərə ciddi riayət etmələri xahiş olunur. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.