Bakıda 5 milyon manatlıq qanunsuz kazino şəbəkəsi aşkarlanıb - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda qeyd edilib.
Bildirilib ki, nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən kiberməkanda qanunazidd fəaliyyətin, o cümlədən internet informasiya resurslarından istifadə edilməklə qanunsuz onlayn qumar oyunlarının təşkili və bu fəaliyyət nəticəsində əldə olunan pul vəsaitlərinin dövriyyəyə daxil edilməsinin qarşısının alınması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.
Həyata keçirilən növbəti tədbirlərlə ölkə ərazisində qanunsuz onlayn qumar oyunlarının təşkilində şübhəli bilinən Xəqani Əlizadə, Vüsal Tağıyev, Asim Zeynal, Emin Mahmudov, Sultanəli Bayramov və Tural Kərimli müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər paytaxtın Yasamal rayonunda yerləşən icarəyə götürdükləri mənzildə ölkə ərazisində istifadəsi qadağan olunmuş "chckeeper.net" internet resursu üzərindən "Tilk007", "Rahat001" və "Rahat98" adlı virtual kassalar yaradıblar.
Şübhəli şəxslərin "Jaguar casino" və "Rahat casino" adlı profillər vasitəsilə qanunsuz onlayn mərc və qumar oyunlarının təşkilini həyata keçirdikləri, "WhatsApp" və "Telegram" platformalarından istifadə etməklə iştirakçıların cəlb olunmasını və pul vəsaitlərinin qəbulunu təşkil etdikləri müəyyən olunub.
Mənzilə baxış zamanı qanunsuz fəaliyyətin təşkilində istifadə olunduğu müəyyən edilən 55 ədəd mobil telefon, 177 ədəd bank kartı, eləcə də iş üzrə sübut əhəmiyyəti kəsb edən digər elektron məlumat daşıyıcıları və materiallar aşkar edilərək prosessual qaydada götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslərin qanunsuz onlayn qumar fəaliyyətinin təşkili və idarə olunması zamanı həyata keçirdikləri maliyyə əməliyyatları üzrə ümumi dövriyyə 5 milyon manatdan artıq olub.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib
Hazırda toplanmış materiallar üzrə faktların hüquqi qiymətləndirilməsi, qanunsuz fəaliyyət mexanizminin və maliyyə əməliyyatlarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı
-
Azərbaycanda güclü zəlzələ oldu
-
Bakıda 5 milyon manatlıq qanunsuz kazino şəbəkəsi aşkarlanıb - (Video)
-
Gəncədə məktəbdə zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirildi
-
Azərbaycanda 17 yaşlı gənc infakrtdan öldü
-
Bu tarixlərdə meteor yağışı olacaq
XƏBƏR LENTİ
-
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
-
Mabel Matiz məhkəmə qarşısında: 3 ilədək həbs tələb edildi
-
İsrail həmin şəxsləri mükafatlandıracaq
-
26 avtomobil hərraca çıxarıldı: Ən diqqətçəkən satış qiymətləri
-
Ronaldunu cəza gözləyir: Uzaqlaşdırılma və pul cəriməsi...
-
Azərbaycanın yeni avtomatları sərgidə - “Azərsilah”dan 3 model
-
Rusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutunu vurdu
-
Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
-
Nəriman Axundzadənin 10 ay sonra vurduğu qol - (Video)
-
Vanqanın 2027-ci il proqnozu üzə çıxdı
-
Fədayə Laçın: "Dedim ki, təyyarənin sağındakı yerləri alsın, tək oturum"
-
Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı
-
Azərbaycanda güclü zəlzələ oldu
-
Bakıda 5 milyon manatlıq qanunsuz kazino şəbəkəsi aşkarlanıb - (Video)
-
Azərbaycanda güclü külək olacaq - Bu tarixlərdə
-
Türkiyə millisinə 2 futbolçu cəlb olundu
-
Maaşdan əlavə bu pulları da ala bilərsiniz
-
Qumral: “Əslində heç kimsiniz, fikirləriniz önəmli deyil" - (Video)
-
Gəncədə məktəbdə zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirildi
-
Şeyx Əbdüldə daha bir xəstəlik aşkarlandı
-
Lixtenşteynlə oyundan əvvəl millimizin 7 futbolçusu heyətdən çıxarıldı
-
34 ildən sonra bu adada ilk dəfə körpə doğuldu
-
Sabah bu ərazilər susuz qalacaq
-
Dua Lipa xalası oğlunun toyunda bir oynadı ki... - (Video)





