Cəmiyyət

26 avtomobil hərraca çıxarıldı: Ən diqqətçəkən satış qiymətləri

1 Oktyabr 2026 15:49
Baxış: 411
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda daha 26 nəqliyyat vasitəsi satılıb.

Milli.Az quruma istinadən xəbər verir ki, hərracda start qiyməti 11 700 manat olan "Toyota Corolla" markalı avtomobil 14 500 manata, ilkin qiyməti 12 300 manat olan "Hyundai Equus" markalı nəqliyyat vasitəsi 14 123 manata manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 6, 13, 20 və 27 oktyabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.