Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyəli aktrisa Afra Saraçoğlu narkotik testinin nəticəsinin müsbət çıxması ilə bağlı açıqlama yayıb.
Milli.Az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında məsələ ilə bağlı paylaşım edib. O, saç nümunəsində aşkarlanan kokainin özünə aid olmadığını bildirib:
"Haqqımdakı proseslə bağlı bu açıqlamanı ən şəffaf şəkildə sizinlə bölüşmək istəyirəm. İstintaqdan xəbər tutan kimi xaricə səfərimi yarımçıq dayandıraraq öz istəyimlə ölkəmə qayıtdım və prosesin əvvəlindən etibarən hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq etdim. Bildirmək istəyirəm ki, mən xaricdə olarkən evimdə aparılan axtarış zamanı heç bir cinayət predmetinə və ya qanunsuz maddəyə rast gəlinməyib.
Bununla yanaşı, heç gözləmədiyim halda bizə hesabatda saç telimin analizində maddə izinə rast gəlindiyi bildirildi. Mütəxəssislərdən öyrəndiyimə görə, saç teli xarici təsirlərə son dərəcə açıq strukturdur. Peşəm tələb etdiyindən iştirak etdiyim kütləvi tədbirlərdə fərqində olmadan passiv məruz qalma və ya təmas yolu ilə də bu cür texniki izlər qala bilərmiş.
Qan və sidik analizlərimin təmiz olması da istifadəçi olmadığımı təsdiqləyir.
Bu yorucu prosesdə vəzifələrini son dərəcə nəzakətli və peşəkar şəkildə həyata keçirən İstanbul İl Jandarma Komandanlığının əməkdaşlarına və bütün hüquq-mühafizə orqanlarına təşəkkür edirəm.
Belə bir məsələ ilə gündəmə gəlmək, inanın, ən son istəyəcəyim şey idi. Bu səbəbdən sizi və ictimaiyyətin gündəmini məşğul etdiyim üçün səmimi qəlbdən üzr istəyirəm".
Afra bildirib ki, bu cür pis vərdişlərin əleyhinədir:
"Qanunsuz maddələrdən istifadənin qəti əleyhinəyəm. Bunun həyatımda yeri yoxdur və heç vaxt da olmayacaq. Mənim üçün narahat olan, mənə güvənən və dəstək göstərən hər kəsə sonsuz sevgilərimi göndərirəm". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Əməkdar artist Arzu Əliyevanın yeni işi
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
“Ölümdən qorxmasam da, xəstəliklə ölməkdən qorxuram”
-
Fədayə Laçın: "Dedim ki, təyyarənin sağındakı yerləri alsın, tək oturum"
XƏBƏR LENTİ
-
Əməkdar artist Arzu Əliyevanın yeni işi
-
Ronaldudan sonra Portuqaliyanın yeni "7 nömrə"si - (Foto)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoran bağlandı - (Foto)
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
-
Ağstafada müəllimlər arasında dava: "Məni telefonla çəkirdi" - (Yenilənib)
-
Hacıqabulda qəza - 4 nəfər xəsarət alıb
-
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - (Yenilənib)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
Payızda bu qaydalar saçlarınızı qoruya bilər
-
Bakıda şadlıq sarayında istehlaka yararsız ətlər tapıldı
-
6667 hektar ərazi minalardan təmizləndi
-
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
-
AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib
-
Türkiyədə kömür mədənində uçqun: 5 işçi dağıntılar altında qalıb
-
Tbilisiyə qatar bileti ucuzlaşdı - Bu tarixdən
-
“Ölümdən qorxmasam da, xəstəliklə ölməkdən qorxuram”





