Saç tökülməsinə qarşı evdə hazırlanan təbii tonik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mövsüm keçidləri, stress, düzgün qidalanmama və ətraf mühit amilləri zamanla saç tellərinin nazilməsinə və saç köklərinin zəifləyərək tökülməsinə səbəb ola bilər. Kimyəvi tərkibli məhsullardan başqa, təbii vasitələrə üstünlük verənlər üçün ev şəraitində hazırlanan bitki tərkibli tonik alternativ kimi göstərilir.
Milli.Az xəbər verir ki, xüsusilə baş dərisində qan dövranını sürətləndirən bəzi bitki qarışıqları saç follikullarının fəaliyyətini dəstəkləyə, saçların daha dolğun görünməsinə kömək edə bilər.
Saç üçün detoks və gurlaşdırıcı qarışım
Bu təbii qarışım üçün 2 stəkan xlorsuz su, 2 xörək qaşığı qurudulmuş və ya təzə rozmarin (bibəriyə), 1 xörək qaşığı qurudulmuş gicitkən otu, istəyə bağlı olaraq isə 1 çay qaşığı şirin badam yağı və ya kokos yağı lazımdır. Xüsusilə quru saç tipinə malik olanlar üçün yağ əlavə etmək tövsiyə olunur.
Hazırlanma qaydası
Kiçik qazanda 2 stəkan su qaynadılır. Su qaynadıqdan sonra ocaq söndürülür və içinə rozmarinlə gicitkən əlavə olunur. Qabın qapağı bağlanaraq qarışım 15-20 dəqiqə dəmlənməyə qoyulur. Bildirilir ki, efir yağlarının itməməsi üçün qapağın bağlı qalması vacibdir.
Sonra qarışım süzgəcdən keçirilir və bitki qalıqlarından təmizlənir. Alınan maye otaq temperaturunda soyudulur və sprey başlıqlı təmiz qaba tökülür.
Necə istifadə olunur?
Saç yuyulduqdan sonra hazırlanan tonik nəm və ya quru baş dərisinə bol şəkildə püskürdülür. Ardınca barmaq ucları ilə dairəvi hərəkətlərlə ən azı 5 dəqiqə masaj edilir. Bu masaj həm qarışımın sorulmasını artırır, həm də baş dərisində qan axınını sürətləndirir.
Bu tonik saçda yağlı təbəqə yaratmadığı üçün adətən yuyulmadan saxlanılır. Ancaq saçı tez yağlanan şəxslər tətbiqdən təxminən 1 saat sonra saçlarını ilıq su ilə yuya bilərlər.
Bu qarışım necə təsir göstərir?
Rozmarinin baş dərisində mikrosirkulyasiyanı, yəni xırda damarlar üzrə qan dövranını stimullaşdırdığı bildirilir. Bu isə saç köklərinə daha çox oksigen və qida maddəsinin daşınmasına kömək edə bilər. Həmçinin, mənbədə rozmarinin saç tökülməsində rol oynayan DHT hormonunun təsirini zəiflətməyə yardım etdiyi qeyd olunur.
Gicitkən isə silisium, dəmir, A və C vitaminləri ilə zəngin hesab olunur. Onun zəifləyən saç tellərini dəstəklədiyi, kəpəklənmə və iltihab riskini azaltdığı, bununla da yeni saçların çıxması üçün daha sağlam mühit yaratdığı bildirilir.
İstifadə tezliyi və vacib xəbərdarlıq
Ən yaxşı nəticə üçün bu qarışımın həftədə 2-3 dəfə, ən azı 2 ay ərzində mütəmadi tətbiq olunması tövsiyə edilir. Bununla yanaşı, təbii məhsulların da allergik reaksiya verə biləcəyi vurğulanır.
Bu səbəbdən qarışımı baş dərisinə tam tətbiq etməzdən əvvəl biləyin iç hissəsində və ya qulaq arxasında az miqdarda yoxlama aparmaq məsləhət görülür. Əgər baş dərisində güclü ekzema, açıq yara və ya xroniki dəri problemi varsa, belə bitki tərkibli tonikdən istifadə etməzdən əvvəl dermatoloqa müraciət etmək tövsiyə olunur. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Saç tökülməsinə qarşı evdə hazırlanan təbii tonik
-
Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur
-
“Bu oyun ayıbımız kimi yadda qalacaq” - Mahir üzr istədi - (Video)
-
Əmrahın oğlu xanımı ilə Zaqatalada - (Video)
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb - (Foto/Video)
XƏBƏR LENTİ
-
Saç tökülməsinə qarşı evdə hazırlanan təbii tonik
-
Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı - Siyahı
-
Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur
-
Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qalib gəlib
-
Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizinin reallaşdırılmasını dəstəkləyir
-
"Trabzonspor"un matçını idarə edən hakim saxlanıldı
-
“Bu oyun ayıbımız kimi yadda qalacaq” - Mahir üzr istədi - (Video)
-
Əmrahın oğlu xanımı ilə Zaqatalada - (Video)
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
“Bütün dünya İran xalqına heyranlıq duyur”
-
Brüs Uillisin son halı - (Foto)
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb - (Foto/Video)
-
İnam Kərimov: "Süni intellekt heç bir halda hakimi əvəz edə bilməz"
-
Coratda boşanmaq istəyən qadın qətlə yetirilib, əri şübhəli bilinir - Yenilənib (Foto)
-
“Mənim hesabıma milyonlar yedi" - Tacirdən müəlliminin qarğışına cavab
-
“Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” - Putin
-
Sankt-Peterburqda Miller malikanəsində güclü yanğın baş verib - (Video)
-
Moskva vilayətində kimya zavodunda güclü partlayış - ölən və yaralananlar var - (Video)
-
Qəhvəni bu saatda için
-
Quzu əti bahalaşdı - (Video)
-
Ayxan Abbasov: "Günahkar axtarmayacağıq, məsuliyyət məndədir"
-
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib - (Foto)
-
Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
Messi İspaniyada klub aldı





