Bakıda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin üçüncü günü başlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan "ADEX 2026" sərgisinin üçüncü günü başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu il "ADEX" iştirakçı şirkətlərin sayına görə rekord müəyyənləşdirib.
"ADEX" və "Securex Caspian" sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir. Bununla əlaqədar olaraq, məhz "ADEX 2026" sərgisi üçün Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilib.
Sərgilərdə stendlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları (ABŞ), Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alır.
Bu il ABŞ-nin "ADEX 2026"da fəal iştirakı xüsusi diqqət çəkir. "Northrop Grumman", "SIG SAUER", "Lockheed Martin", "Vantor" və "Ondas" kimi nüfuzlu ABŞ şirkətləri sərgidə ilk dəfə təmsil olunur. Almaniyadan "Rheinmetall" və "Rohde & Schwarz", Böyük Britaniyadan isə "BAE Systems" və digər şirkətlər debüt edir. Türkiyə isə sərgidə ən geniş təmsil olunan ölkədir.
Dövlətlərarası və hərbi-texniki əməkdaşlıq üçün mühüm görüş platforması olan "ADEX" ənənəvi olaraq müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir.
"ADEX 2026"nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.
Oktyabrın 2-dək davam edən sərgidə Qafqaz regionunun iri hərbi-texnoloji platformalarından olan sərgidə müasir hərbi texnologiya və avadanlıqlar, eləcə də Azərbaycanın müdafiə sənayesi kompleksinin imkanları nümayiş etdirilir.
Eyni tarixlərdə Bakı Ekspo Mərkəzində 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi - "Securex Caspian" da təşkil olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan ABŞ-nin regionda daha fəal iştirakını gözləyir - Prezidentin köməkçisi
-
Nicat Azadlı ilə bağlı yayılan videoya özü cavab verdi: “Şantaja məruz qalmışam”
-
Deputat idi, indi "Qocalar evi"ndə qalır - (Video)
-
Azərbaycanda sulu qar yağdı - Faktiki hava
-
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
-
Bakıda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin üçüncü günü başlayıb
XƏBƏR LENTİ
-
Azərbaycan ABŞ-nin regionda daha fəal iştirakını gözləyir - Prezidentin köməkçisi
-
Nicat Azadlı ilə bağlı yayılan videoya özü cavab verdi: “Şantaja məruz qalmışam”
-
Prezident İlham Əliyev: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
-
Deputat idi, indi "Qocalar evi"ndə qalır - (Video)
-
Prezident İlham Əliyev: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
-
Prezident İlham Əliyev: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir
-
Azərbaycanda sulu qar yağdı - Faktiki hava
-
“Abi” ləqəbli Elmin Mehdiyev məşhur türk aparıcının qonağı oldu - (Video)
-
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
-
Türkiyədə mədən qəzasında ölənlərin sayı 5-ə çatdı
-
Ukraynada həlak olan azərbaycanlı dəfn edildi
-
Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərdi
-
Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır - Hikmət Hacıyev
-
Bakıda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin üçüncü günü başlayıb
-
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)
-
Andlı-qanlı qardaşlar və çağırılmamış qonaq: husilər Körfəzi barışdırdı, İsraili süfrəyə gətirdi
-
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - (Foto)
-
Zidan həmin hadisədən danışdı: "Peşman da deyiləm"
-
Bakıda CAMCA Regional Forumunun ikinci günü keçirilir - (Foto)
-
Vəfa Şərifova görünüşünü dəyişdirdi - (Video)
-
Azərbaycanda hava kəskin dəyişir: FHN-dən xəbərdarlıq
-
Acunun “Hall Siti"sinin futbolçusunun maşını aşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Bakının iki rayonunda qaz kəsiləcək





