Putindən çox Paşinyan danışdı...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Siyasi şərhçi Elxan Şahinoğlu ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında gedən danışıqları şərh edib.
Milli.Az xəbər verir ki, politoloq bildirib ki, Paşinyanın Moskvada Putinlə görüşə başlayarkən media qarşısında diqqəti çəkən 3 açıqlaması olub:
"Birincisi, o dedi ki, guya əsirlər məsələsində Rusiya Ermənistanla ortaq baxışa malikdir. İkincisi, dedi ki, Dağlıq Qarabağ məsələsi hələ tam həll olunmayıb. Üçüncüsü də bildirdi ki, Rusiya Ermənistanda yeni atom elektrik stansiyasının inşaasını istəyir.
Paşinyanın görüşdən əvvəl əsirlər barədə dediyi erməni cəmiyyətinə ünvanlanmışdı. Paşinyan bununla göstərmək istəyirdi ki, erməni cəmiyyətini narahat edən mövzunu Rusiya Prezidenti ilə geniş müzakirə edəcək. Halbuki, Putin görüşdən əvvəl bu barədə heç nə demədi. Bu mövzu Moskvanı narahat etmir. Bu mövzunu səsləndirmək parlament seçkisi öncəsi Paşinyana lazımdır.
Atom elektrik stansiyası təklifinə gəldikdə, bu da Paşinyanın taktiki gedişidir. Ermənistanın Baş naziri bu təklifi səsləndirməklə Putinə göstərmək istədi ki, Moskvaya əliboş gəlməyib.
Ancaq kasıb Ermənistanda ikinci atom elektrik stansiyası tikmək Rusiyanın nəyinə lazımdır?
Birincisi, mütəxəssislərin ilkin hesablamalarına görə, Ermənistanda ikinci atom elektrik stansiyasının tikintisi 3-7 milyard dollara başa gələ bilər. Bunu kim maliyyələşdirəcək? Ermənistanın pulu yoxdur. Demək, İrəvan tikintinin maliyyəsini Rusiyaya yükləmək istəyəcək. Rusiya həmin pulu xərcləyib o şərtlə Ermənistanda atom elektrik stansiyası tikmək istəyər ki, qoyduğu investisiyanı geri qaytara bilsin. Ancaq bunun üçün mifik stansiya tikildikdən sonra əhaliyə elektrik enerjisi baha satılmalıdır ki, Rusiya pulunu geri qaytara bilsin. Ermənistanın kasıb əhalisi baha qiymətə elektrik enerjisi ala biləcəkmi?
İkincisi, rusiyalı ekspertlər bildirirlər ki, atom elektrik stansiyasının korpusları Rusiyadan Ermənistana daşınmalıdır. Ancaq Rusiyanın Ermənistanla sərhəddi yoxdur. Həmin korpuslar isə ya dəniz, ya da dəmiryolu ilə Rusiyadan Ermənistana çatdırıla bilər. Ermənistan hər ikisindən məhrumdur. Rusiya Abxaziyanın ilhaqıyla bağlı Gürcüstan dəmiryolundan istifadə edə bilmir. Demək yerdə qalır, həmin korpusları Azərbaycan üzərindən Ermənistana daşımaq.
Ancaq bunun üçün Ermənistan Zəngəzur üzərində vaxtilə sökdüyü dəmiryolunu bərpa etməlidir və Azərbaycanla münasibətləri normallaşdırmağa başlamalıdır ki, Rusiya Azərbaycan dəmiryolu üzərindən həmin korpusları Ermənistana çatdıra bilsin".
E. Şahinoğlu vurğulayıb ki, sözügedən səfər zamanı Moskvada heç bir sənəd imzalanmadı:
"Moskvada Putindən çox Paşinyan danışdı. Seçki öncəsi çox danışmaq Paşinyana lazımdır. Əsirlər mövzusuna maraq göstərməyən Moskvaya Azərbaycanla Ermənistan arasında nəqliyyat xətlərinin açılması lazımdır. Bunu isə Paşinyan seçkiyə qədər uzatmağa çalışır ki, müxalifətin təzyiqi ilə üzləşməsin.
Digər tərəfdən Paşinyanın beynini hələ də bu sual məşğul etməlidir: "Vladimir Putin məndən bir gün əvvəl əsas rəqibim Robert Koçaryanı Moskvaya dəvət edib onunla 1 saat müzakirə aparmaqla nə demək istədi?".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
31 Mart soyqırımından 108 il ötür
-
Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - İcma
-
Millimizin 68 faizi
-
“Erməni xalqı qorxaqdır, gələcəyi yoxdur” - Ovannisyan
-
Ermənistan üçün son 24 saat - Brüsseldən nəyin ANONSU VERİLƏCƏK? Sülh, yoxsa savaş...
-
"Ermənistan ikiüzlülüyünə görə lazım olan cavabı alır" - Professor açıqladı
XƏBƏR LENTİ
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər





