Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
O əlavə edib ki, sülhməramlı əməliyyatların keçiriləcəyi ərazilərdə müşahidə postlarının qurulması başa çatıb. Postlarda vəziyyətin 24 saatlıq monitorinqi aparılır.
Noyabrın 10-dan sülhməramlı qüvvələrin və texnikanın gətirilməsi üçün 140-dan çox reys həyata keçirilib.
Milli.Az