İran

Təbriz klubundan paylaşım: “Arazın o tayı da, bu tayı da...”

5 Oktyabr 2021 16:24
1 Şərh     Baxış: 1 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

On milyonlarla türkün sevimli "Traktorsazi" futbol klubu diqqət çəkən paylaşım edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, klubun rəsmi "Twitter" səhifəsində 1985-ci ildə çəkilən "Qanlı zəmi" ("Atları yəhərləyin") filmindən paylaşım edilib.

Paylaşımda Qaçaq Nəbinin iranlı məmura  dediyi "Arazın o tayı da, bu tayı da mənim doğma el obamdır. Elin o başı, bu başı olmaz" sözləri yer alıb.

Klubun şərh bölümündəki paylaşımı da diqqət çəkib. Belə ki, "Biz Azərbaycanlıyıq" haştağı ilə paylaşılan rəyə "Tərəfimiz bəllidir əllərimizdən" sözləri də əlavə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.