İran

Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb

19 İyul 2026 22:50
Baxış: 1 234
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb.

Milli.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Müharibə Hekayəsi 2" verilişinin iyirminci bölümündə Cavad Moqoi ilə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tehran yeni müharibə riskinin qalmasına baxmayaraq, dialoq imkanından istifadə etməlidir.

"Danışıqların uğur qazanmaq ehtimalı cəmi 10 faiz olsa belə, bu fürsətdən yararlanmalıyıq", - deyə nazir vurğulayıb.

Əraqçi əlavə edib ki, atəşkəsin qorunub saxlanılması və ya hərbi əməliyyatların bərpası ilə bağlı yekun qərarı Ali Rəhbər Müctəba Xamenei Ali Milli Təhlükəsizlik Şurası ilə məsləhətləşmələrdən sonra qəbul edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.