İran

Arakçı Xameneinin öldürülməsinin təfərrüatını açıqladı: "Təhlükəsizlik sızması olmuşdu"

19 İyul 2026 18:59
Baxış: 1 241
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hörmüz boğazı niyə elə ilk gündən bağlanmışdı? Çünki əvvəlcədən planlaşdırılmışdı ki, ali rəhbər hədəfə alınacağı təqdirdə Hörmüz boğazı dərhal bağlansın.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Arakçı İranın mərhum ali lideri Əli Xameneinin öldürülməsi ilə bağlı deyib.

"Düşmən bu görüşlərin keçirildiyindən xəbərdar idi və bu, təhlükəsizlik sızmasının mövcudluğunu göstərir. Bu sızma, ehtimal ki, hələ də tam aradan qaldırılmayıb və araşdırılmalıdır. Təhlükəsizlik xidmətləri məsələ ilə bağlı araşdırma aparır.

Fikrimcə, onlar çox yaxşı bilirdilər ki, ali rəhbər hər səhər öz ofisində olur və bu da həmin məkanı asan müəyyən edilə bilən hədəfə çevirirdi. Lakin onlar eyni zamanda hərbi komandirlərin qonşu binada, yaxud bir-iki bina aralıda toplantı keçirdiyini də öyrənmişdilər. Məhz buna görə hücum üçün həmin vaxtı seçdilər", - o bildirib.

Qeyd edək ki, Əli Xamenei 28 fevral 2026-cı ildə ABŞ və İsrailin onun iqamətgahına zərbə endirməsi nəticəsində həlak olub. Bu zərbədə Xameneinin ailə üzvləri, o cümlədən 40-a qədər komandir də ölüb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.