Hadisə

Ötən həftədə 9 nəfərin meyiti aşkarlanıb, 55 nəfər xilas edilib

20 İyul 2026 09:46
Baxış: 488
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ötən həftə ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri yüzlərlə hadisəyə müdaxilə edib.

Milli.Az xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan müraciətlər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 672 yanğın hadisəsinə çıxış edilib. Bununla yanaşı, 48 köməksiz vəziyyətdə qalma və 5 yol-nəqliyyat hadisəsi ilə bağlı qəza-xilasetmə əməliyyatı həyata keçirilib.

Nazirlikdən bildirilib ki, operativ görülən tədbirlər nəticəsində yanğınlar qısa müddətdə söndürülüb, insanların həyat və sağlamlığının qorunması istiqamətində zəruri tədbirlər görülüb.

Həftə ərzində FHN qüvvələri 15-i azyaşlı olmaqla ümumilikdə 55 nəfəri xilas edib, 30 nəfəri təhlükəli ərazilərdən təxliyə edib. Həmçinin 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.