Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Orqanizmdə qan yaranmasından tutmuş immunitet sisteminin fəaliyyətinə qədər həyati funksiyaları yerinə yetirən dəmirin çatışmazlığı insanın həyatını kabusa çevirə bilər. Alimlər bitki mənşəli qidalarla müqayisədə orqanizmin daha sürətlə mənimsədiyi, "qızıl dəyərində" olan dəmir qaynaqlarını sıralayıblar.
Milli.Az xəbər verir ki, dəmir çatışmazlığı özünü xroniki yorğunluq, halsızlıq və daimi yuxululuqla büruzə verir. Dəmir qırmızı qan hüceyrələrinin yaranması, toxumalara oksigen daşınması və enerji istehsalı üçün əsas maddədir.
Gündəlik ehtiyac nə qədərdir?
Mütəxəssislərə görə, sağlam həyat üçün gündəlik tələb olunan dəmir miqdarı belədir:
Kişilər: 8 mq
Qadınlar (reproduktiv yaş): 18 mq
Hamilə qadınlar: 27 mq
50 yaşdan yuxarı böyüklər: 8 mq
Bitkilərdə dəmir olsa da, heyvan mənşəli qidalardakı dəmirin orqanizm tərəfindən mənimsənilmə dərəcəsi daha yüksəkdir. Budur, dəmir deposu olan 7 ən güclü ət növü:
1. Toyuq ciyəri (Çempion): 11 mq dəmir
Toyuq ciyəri tənqid olunsa da, qida dəyərinə görə siyahının mütləq lideridir. Cəmi 85 qram bişmiş toyuq ciyəri 11 mq dəmir ehtiva edir ki, bu da qadınların gündəlik ehtiyacının yarısından çoxunu, kişilərin ehtiyacını isə tam qarşılayır. Bundan əlavə, A vitamini, B qrupu vitaminləri və beyin üçün faydalı olan xolin deposudur.
2. İstiridye (Dəniz ilbizi): 7,8 mq dəmir
Dəniz məhsullarının kralı hesab olunur. Cəmi 95 qramlıq kiçik bir porsiyası 7,8 mq dəmir təmin edir. Həmçinin immunitet üçün sink, selen və omeqa-3 yağ turşuları ilə zəngindir.
3. Midye: 6 mq dəmir
Sıx istehlak edilən bu dəniz məhsulunun 85 qramlıq porsiyası orqanizmə 6 mq dəmir qazandırır. Hüceyrə yenilənməsini dəstəkləyən B12 vitamini və manqan ilə zəngindir.
4. Ördək döş əti: 4 mq dəmir
Toyuq və hind toyuğu ilə müqayisədə daha çox dəmir ehtiva edir. Bir porsiyası təxminən 4 mq dəmir verir və güclü selen mənbəyidir.
5. Camış
Camış əti: 3,2 mq dəmir
Təbii olaraq son dərəcə yağsızdır və protein, dəmir baxımından mal ətini geridə qoyur. 115 qramlıq porsiyasında 3,2 mq dəmir var. Doymuş yağı aşağı, omeqa-3 nisbəti isə yüksəkdir.
6. Sardalya (Konserv): 3 mq dəmir
Kiçik ölçüsünə aldanmayın; bu kiçik balığın bir qutu yağlı konservi orta hesabla 3 mq dəmir verir. Sümük sağlamlığı üçün vacib olan kalsium və D vitaminini bir yerdə təqdim edən nadir qidalardandır.
7. Mal əti (Antrikot): 2,5 mq dəmir
İllərdir dəmir mənbəyi kimi birinci ağla gələn mal əti siyahımızda 7-ci yerdədir. Bir porsiya yağsız antrikot 2,5 mq dəmir təmin edir. Eyni zamanda, əzələ performansını və enerjini artıran kreatin və B12 vitamini ilə çox zəngindir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Müğənni Sevda: "12 ev dəyişmişəm"
-
Flik "Real"a məğlubiyyətin səbəbini açıqladı
-
Ordubadda ayı sakinlərə hücum etdi - (Video)
-
Rafet El Romandan azərbaycanlı nişanlısı ilə bağlı diqqətçəkən açıqlama
-
Rusiyalı qadın azərbaycanlı qızı kilsənin önündə şəkil çəkdirdiyi üçün qınadı - (Video)
-
Bensu Soral: “İzləyicinin bəyənməməsi məni maraqlandırmır" - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycan QHT-lərindən İran Prezidentinə - Açıq məktub
-
Müğənni Sevda: "12 ev dəyişmişəm"
-
Bakı səhnəsində “Turandot”un möhtəşəm premyerası: pərdəarxası - (Foto)
-
Flik "Real"a məğlubiyyətin səbəbini açıqladı
-
Ordubadda ayı sakinlərə hücum etdi - (Video)
-
Magistral yolda faciə: İki piyada həyatını itirdi - Anbaan video
-
Rafet El Romandan azərbaycanlı nişanlısı ilə bağlı diqqətçəkən açıqlama
-
Biz əyalət deyilik, yaxud İlbər Ortaylının boş qalan yeri…
-
Türkiyədə fond böhranı: AKP-nin nüfuzlu simaları ilə bağlı iddialar
-
Ermənistana keçən çoban Azərbaycana qaytarıldı
-
Rusiyalı qadın azərbaycanlı qızı kilsənin önündə şəkil çəkdirdiyi üçün qınadı - (Video)
-
Ermənistanın ekoloji riyakarlığı: COP17-də təbiətdən danışır, Amulsar isə suallar yaradır
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Kapitoli təpəsində Siyasi Büro
-
Türkiyədə maliyyə qalmaqalı böyüyür: 131 fond ləğv edilir, investorlar pullarını gözləyir
-
Bensu Soral: “İzləyicinin bəyənməməsi məni maraqlandırmır" - (Video)
-
Prezident İlham Əliyev Aleksandr Zuyevi qəbul edib
-
Azərbaycan Prezidenti BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib (Foto)
-
Millimizdən dünya çempionatında növbəti qələbə
-
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib (Foto)
-
Oktay Saral Türkiyə Prezidentinin Baş müşaviri vəzifəsindən istefa verməsi barədə açıqlama yayıb
-
Cinayət işləri üzrə Avropa Konvensiyasına Əlavə Protokol ratifikasiya edilib
-
Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan arasında imzalanan iki sazişi təsdiq edib
-
Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb





