Cəmiyyət

Faktiki hava açıqlandı: Bir sıra rayonlarda güclü leysan yağır

20 İyul 2026 10:00
Baxış: 1 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Milli Hidrometeorologiya Xidməti iyulun 20-si saat 09:00-a olan faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Milli.Az xəbər verir ki, hazırda ölkənin əksər rayonlarında yağıntılı hava şəraiti hökm sürür, bəzi ərazilərdə şimşək çaxır. Ayrı-ayrı rayonlarda yağıntılar intensiv leysan xarakteri daşıyır.

Məlumata əsasən, ən çox yağıntı Şəkidə qeydə alınıb. Burada 38 mm yağıntı düşüb ki, bu da aylıq normanın 63 faizini təşkil edir. Mingəçevirdə 34 mm (aylıq normanın 171 faizi), Zaqatalada 24 mm, Goranboyda 18 mm, Qrız və Qubada 13 mm, Qusarda 12 mm, Qəbələdə 10 mm yağıntı qeydə alınıb. Digər rayonlarda da müxtəlif həcmdə yağıntı müşahidə olunub.

Bundan başqa, iyulun 19-da saat 21:03-21:07 radələrində Kəlbəcər rayonunun İstisu qəsəbəsinə diametri 8-12 millimetr olan dolu düşüb.

Hazırda bəzi bölgələrdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eləcə də Mingəçevirdə 21 m/s, Neftçala, Zaqatala və Şəkidə isə 20 m/s-yə çatır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.