Marketdə foto çəkməyə görə cərimə oluna bilərsiniz?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda bəzi marketlərdə məhsulların fotosunun çəkilməsinə qadağa qoyulub. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Vətəndaşlar bildirirlər ki, bu məhdudiyyət qiymətlərin şəffaflığı ilə bağlı suallar yaradır və bəzi alıcılarda məhsulların qiymətlərinin süni şəkildə artırıldığı barədə şübhələr formalaşdırır.
Marketdə məhsulların qiymətini çəkmək olarmı? Bu proses qanunvericilikdə necə tənzimlənir?
Milli.Az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev marketdə məhsulların və onların qiymət etiketlərinin şəklini çəkmək qanunla qadağan edilmir deyib:
"Bu məsələ bir neçə hüquqi aspektdən qiymətləndirilir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanununa əsasən, satıcı istehlakçıya məhsulun qiyməti barədə düzgün və aydın məlumat verməyə borcludur. Qiymət etiketləri ictimai məlumat hesab olunur və alıcının məlumatlandırılması məqsədi daşıyır. Bununla yanaşı, market özəl mülkiyyət olduğundan müəssisə daxili qaydalar müəyyən edə bilər. Məsələn, peşəkar çəkilişlərin, tripoddan istifadənin və ya kommersiya məqsədli videoçəkilişin məhdudlaşdırılması mümkündür. Mağaza əməkdaşı çəkilişin dayandırılmasını xahiş edərsə, mübahisə yaranmaması üçün bu tələbə əməl etmək məqsədəuyğundur. Lakin bu, çəkilişin qanunsuz olması anlamına gəlmir və daha çox müəssisənin daxili qaydaları ilə bağlı məsələdir".
Hüquqşünas bildirib ki, çəkiliş zamanı digər müştərilərin, işçilərin üzlərinin, şəxsi və ya ödəniş kartı məlumatlarının icazəsiz görüntülənməsi, paylaşılması onların məxfilik hüquqlarını poza bilər:
"Buna görə də yalnız məhsulun və qiymət etiketinin fotoşəklinin çəkilməsi daha təhlükəsiz yanaşma hesab olunur. Əgər məqsəd kassada fərqli qiymətin tətbiq olunduğunu sübut etmək, endirim etiketini sənədləşdirmək yaxud istehlakçı hüquqlarının pozulduğunu təsdiqləməkdirsə, qiymət etiketinin və kassa çekinin fotoşəkilləri sonradan ediləcək şikayət zamanı sübut kimi istifadə oluna bilər. Qanunvericiliyə əsasən, məhsulların üzərində düzgün tərtib edilmiş qiymət etiketləri olmalı və alıcıya düzgün qiymət məlumatı təqdim edilməlidir. Nəticə etibarilə, məhsulun və qiymət etiketinin şəklini çəkmək ümumilikdə qanunla qadağan edilmir və istehlakçı hüquqlarının qorunması məqsədilə bu fotolardan sübut kimi istifadə etmək mümkündür".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Elektrik çəngəlini belə çıxaranlara xəbərdarlıq
-
Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
-
Keksi şar kimi qabardan sirr: Birini əlavə etmək bəs edir
-
"Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
-
KTM-də xəstələri plastik xərəklə daşıyırlar? - Açıqlama (Video)
-
Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” (Video)
-
Yamalın atası Messidən gənc imiş
-
Gülbən Ergenin çimərlik (Fotoları)
-
Salyanda yol qəzasında ölənlərin sayı 4 nəfərə çatıb - Yenilənib (Foto)
-
"Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
-
Günün qoroskopu: Bu gün cəmiyyətdə parlayacaqsınız
-
Aaron Maluda “Bazel”ə keçə bilər
-
Zərdabda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb
-
Lydia Cemre Özşişman 35 kilo arıqlayıb (Foto)
-
FİFA Argentina millisinin üzvləri ilə bağlı araşdırmaya başlayıb (Video)
-
Azərbaycan Milli Mətbuatının 151-ci ildönümü qeyd olunub (Foto)
-
“İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
-
Pike Şakiranı izlədi - (Video)
-
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb (Foto/Video)
-
Messidən hamını təəccübləndirən addım
-
Sabah Cəlilabadda işıq olmayacaq - Yenilənib
-
Trampdan İrana xəbərdarlıq:"Əsgərimizin qisası dəfələrlə artıq alınacaq"
-
İspaniyanın mükafatı açıqlandı
-
İlham Əliyev Almaniyaya rəsmi səfərə gedib (Foto/Video)





