İran

İranın 3 şəhərində partlayış baş verib

9 İyul 2026 23:47
Baxış: 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində bir neçə partlayış baş verib.

Milli.Az xəbər verir ki, ölkənin cənub-şərqində yerləşən liman şəhəri Konarakda üç partlayış səsi eşidilib.

Bununla yanaşı, İranın cənub-qərbində yerləşən Buşehr şəhəri və ona yaxın olan Çoqadak şəhərinin ətrafında daha iki partlayış qeydə alınıb.

Hadisələr nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.