Maraqlı

Məşhur “Babayevski” brendinin adının azərbaycanlı ilə bağlı olduğunu bilirdiniz? - (Video)

10 İyul 2026 01:01
Baxış: 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünyaca məşhur "Babayevski" şokolad brendinin adı ilə bağlı maraqlı tarixi fakt yenidən diqqət çəkib.

Milli.Az xəbər verir ki, məlumata görə, brend öz adını əslən Azərbaycanın Şəki şəhərindən olan inqilabçı Pyotr Babayevdən götürüb. Onun ailəsinin tarixi isə XIX əsrin sonlarına gedib çıxır.

Bildirilir ki, Pyotr Babayevin atası Hakim Babayev 1878-ci ildə Gəncədə fəhlə tətillərinin təşkilində iştirak etdiyinə görə Ryazan şəhərinə sürgün olunub. O, burada rus əsilli qadınla ailə həyatı qursa da, yerli hakimiyyət övladlarına Azərbaycan adları verməyə icazə verməyib.

1883-cü ildə dünyaya gələn Pyotr Babayev sonradan Rusiyada baş verən üç inqilabın iştirakçısı olub, Baltik donanmasında xidmət edib. Birinci Dünya müharibəsində göstərdiyi şücaətə görə isə "Georgi xaçı" mükafatı ilə təltif olunub.

O, sonrakı illərdə Moskvada müxtəlif rəhbər vəzifələrdə çalışıb və 1919-cu ildə Sokolnikovo Şəhər Sovetinin sədri seçilib.

1920-ci ildə vərəm xəstəliyindən vəfat edən Pyotr Babayevin xatirəsini əbədiləşdirmək məqsədilə 1922-ci ildə məşhur Abrikosov qənnadı fabrikinə onun adı verilib.

Daha sonra, 1970-ci illərdə müəssisənin yenidən qurulması ilə "Babayevski" şokoladları SSRİ-nin ən tanınmış və keyfiyyətli qənnadı məhsullarından birinə çevrilərək geniş şöhrət qazanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.