İran

İran hava məkanını açdı

24 İyun 2025 22:28
Baxış: 529
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın hava məkanı yenidən açılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Flightradar" xidmətinin "X" hesabında məlumat yayılıb.

Məlumata görə, İranın hava məkanı Tehrana gəliş və oradan uçuşlar üçün yenidən açılıb.

Bundan əlavə, məlumatda İraqın da hava məkanını açdığı vurğulanır.

Qeyd edək ki, İsrail paytaxt Tehran da daxil olmaqla ölkə daxilində bir çox hədəflərə hava zərbələri endirdikdən sonra İran iyunun 13-də hava məkanını bağlayıb.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.