Şou-biznes

"Pulunu ödəyib, həmin şadlıq evini almışdım"

24 İyun 2025 20:31
Baxış: 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Nüşabə Ələsgərli illər əvvəl qurmaq istədiyi biznesindən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Bir gün" verilişində anasının onun biznesinə mane olduğunu deyib.

O, bildirib ki, vaxtilə şadlıq evi almaq istəyib:

"1997-ci ildə mənə şadlıq evi, yanında böyük dayanacaq təklif etdilər. Ev almaq istəyirdim, pulum da var idi. Anam etiraz etdi. Amma gedib behini verdim. Anam gördü ki, mənimlə bacarmır, uşaqlarımın atasına zəng vurdu. Dedi ki, gedib özbaşına şadlıq evinə pul verib. O, da gəldi, dava saldı, pulu qaytardı. Pul xərcləndi getdi.

İndi həmin şadlıq evinin yanındakı dayanacaqda 4 ədəd yeni tikili var. İndi maşın dayanacığını yerində yeni tikilən binalara şərik olacaqdım. Şadlıq evim də üstündə qalacaqdı. Mənim başım biznesdə işləyirdi".

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.