Türkiyə

17 yaşında 95 il həbs cəzası aldı

13 Noyabr 2025 19:45
Baxış: 1 119
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İzmir bölgəsinin Karşıyaka rayonunda çoxsaylı cinayətlərdə təqsirli bilinən 17 yaşlı A.Ç. polis tərəfindən ələ keçirilib.

Milli.Az "Haber Global"a istinadla xəbər verir ki, A.Ç. müxtəlif oğurluq hadisələrinə görə məhkəmə tərəfindən 95 il 2 ay 9 gün həbs cəzasına məhkum olunub.

Məlumata görə, o, bir müddət əvvəl həbsdən qaçsa da, polis tərəfindən keçirilən əməliyyat zamanı gizləndiyi yerdə cinayət başında saxlanılıb.

Hazırda A.Ç.-nin ifadəsi alınır və hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.