İsrail "nəsillər boyu xatırlanacaq tarixi qələbə" qazanıb.
Milli.Az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciəti zamanı bildirib.
"Biz İranın nüvə layihəsini dondurduq. Əgər kimsə bu layihəni yenidən dirçəltmək istəsə, həmin cəhdin qarşısını eyni əzmlə və güclə almağa hazırıq", - deyə Netanyahu vurğulayıb.
Baş nazirin sözlərinə görə, "İranın nüvə silahı olmayacaq".
Milli.Az