Dünya

Qaani sağ imiş

24 İyun 2025 23:49
Baxış: 1 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin komandanı, general İsmayıl Qaani sağdır.

Milli.Az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, Qaani İsrail və İran arasında atəşkəsdən sonra bu gün Tehranda keçirilən mitinqdə iştirak edib.

"Tasnim" mitinqdə iştirak edən Qaaninin görüntülərini də paylaşıb.

Qeyd edək ki, "New York Times" 13 iyunda İsrailin İrana hücumlarında İsmayıl Qaaninin öldüyü barədə xəbər yaymışdı.

Əlavə edək ki, İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin müşaviri Əli Şamxaninin də müharibənin ilk günlərində öldüyü xəbəri yayılmış, sonradan onun sağ olduğu məlum olmuşdu. Məlumatda o da bildirilirdi ki, İsrailin hücumu zamanı ağır yaralanan Şamxaninin vəziyyəti stabildir. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.