İran

İran ABŞ ilə danışıqlara başlamaq üçün şərtləri açıqladı

5 Mart 2025 06:19
Baxış: 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran xalqı Kiyev və Vaşinqton arasında aparılan danışıqlarda Ukrayna xalqının şahid olduğu həqarəti görməyə hazır deyil.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani həftəlik mətbuat konfransı zamanı deyib.

"Danışıqlar xoş niyyət aktıdır, onları zorla qəbul etdirmək olmaz. ABŞ artıq İrana "maksimum təzyiq"i sınaqdan keçirib. Bu təzyiq bizə problemlər yaratsa da, biz Ukrayna xalqının öz prezidentinə münasibətdə şahidi olduğu rüsvayçılığı görməyə hazır deyilik. Bizim yanaşmamız ondan ibarətdir ki, danışıqlar hörmət daxilində aparılmalıdır", - o bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.