21:30
Göygöldə dəm qazından zəhərlənərək ölənlərdən biri müəllim, biri isə tələbə imiş.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəfat edən qadınlardan biri orta məktəbdə müəllim işləyirdi.
25 yaşlı Münəvvər Hüseynova Şəmkir rayonunun Səməd Vurğun adına qəsəbə tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə dərs deyirmiş.
Dünyasını dəyişən şəxslərdən biri isə tələbə idi. Xatirə Hüseynova Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
------------
09:39
Göygöldə dörd nəfər dəm qazından zəhərlənərək ölüb.
Milli.Az bildirir ki, hadisə rayonun Aşıqlı kəndində olub.
Bildirilib ki, hadisə nəticəsində ölən şəxslər 1990-cı il təvəllüdlü S.Müseyibova, 1999-cu il təvəllüdlü S.Hüseynli, onun bacıları 2000-ci il təvəllüdlü M.Hüseynova və 2004-cü il təvəllüdlü X.Hüseynovadır.
Onlar həmin evdə kirayə qalırdılar.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az