Ölkə

Təyyarə qəzasında sağ qalmağım möcüzədir - Aydan Rəhimli

5 Mart 2025 22:10
Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təyyarə qəzasında sağ qalmağım möcüzədir.

Milli.Az "report"a istinadən xəbər verir ki, bunu AZAL-ın təyyarə qəzasında sağ qalan, "Rəşadət" ordenli stüardessa Aydan Rəhimli "Konstitusiya və Suverenlik" ili çərçivəsində keçirilən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, həyat ona ikinci şans verib:

"Bəzən həyat bizi gözlənilməz sınaqlarla üz-üzə qoyur. O anda biz içimizdəki gücü, iradəni hiss edirik. Amma birlikdə çalışdığın əməkdaşları itirmək çox ağırdır".

A.Rəhimli həyatda qalmağında rolu olan həkimlərə, ailəsinə və Prezident İlham Əliyevə təşəkkür edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.