Şou-biznes

Şakiranın hədiyyə etdiyi lüks maşın yeni sahibini XƏRCƏ SALDI - FOTO

6 Mart 2025 05:05
Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şakiranın "Slotera" klipində yer aldığı və pərəstişkarına hədiyyə etdiyi lüks avtomobil yeni sahibi tərəfindən satışa çıxarılacaq.

Milli.Az xəbər verir ki, Şakira avtomobili internet saytında qeydiyyatdan keçən 18 yaşdan yuxarı ABŞ vətəndaşları arasında keçirilən lotereya vasitəsilə fanatı Mejiaya hədiyyə edib. Şakira Mejiaya avtomobilin vergiləri, transferi, texniki xidməti və sığortası üçün 90 min dollar verib.

Lakin Mejia deyib ki, təkcə ilk altı ayda 95.000 dollar xərcləyib və hər ay 2.500 dollar sığorta haqqı ödəməyə davam etməlidir. O, lüks avtomobilə sahib olmağın düşündüyündən qat-qat baha olduğunu bildirib. Mejia avtomobildən istifadə etmək istədiyini, ancaq yüksək texniki xidmət xərclərinə görə onu satmağı düşündüyünü qeyd edib.

Bu, onun üçün böyük fürsətə çevrilə bilər. Şakiranın videosunda əks olunan bu xüsusi avtomobili kolleksiyaçılar yüksək qiymətə ala bilərlər. Beləliklə, Mejia ona böyük maliyyə yükü gətirən bu hədiyyədən yaxşı qazanc götürə bilər. /Publika.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.