Hadisə

Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi dayandırıldı

5 Mart 2025 21:17
Baxış: 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirdə 5 hektardan çox ərazidə yanğın olub.

Milli.Az "Report"a istinadən məlumat verir ki, Şəmkir rayon Kür qəsəbəsi ərazisində 5 hektardan çox qamışlıq, kol-kos və ağacların olduğu ərazidə yanğın olub.

Əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

İki istiqamətdə başlayan yanğının 1 hektardan çox ərazisində alovun qarşısı alınıb. Digər istiqamətdə yanğının söndürülməsi istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, yanğın səbəbindən Kür qəsəbəsində və yaxın ərazilərdə təhlükəsizlik səbəbindən elektrik enerjisinin verilməsi dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.