Ermənistan

İrəvanda bütün heyət istefa verdi

6 Mart 2025 00:08
Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yegişe Kirakosyan başda olmaqla, bütün aparat heyəti istefa verib.

Milli.Az xəbər verir ki, bu barədə "168.am" məlumat yayıb.

Mənbənin sözlərinə görə, istefanın səbəbi İrəvanın bütün beynəlxalq məhkəmələrdə qaldırdığı iddialardan geri çəkilmək istəməsi olub.

Yegişe Kirakosyanın ofisi qərara bir müddət müqavimət göstərməyə çalışsa da, Baş nazir Nikol Paşinyan başqa seçimin olmadığını bildirib.

Nəşr yazır ki, Paşinyan bunun Bakının tələbi olduğunu, əks halda sülh müqaviləsi imzalamayacağını açıqlayıb.

Məlumata görə, aparatın əməkdaşları bir neçə gün işə çıxmaqdan imtina ediblər, bugün isə bütün heyət istefa ərizəsini yazıb. (Globalinfo.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.