İran

İranda çoxarvadlı kişilərin sayı

6 Mart 2025 10:17
Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İranda rəsmi qeydə alınmış çoxarvadlı kişilərin sayı 300 min nəfərə çatıb".

Milli.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bunu İranın idman və gənclər nazirinin müavini Əlirza Rəhimi deyib.

Onun sözlərinə görə, çoxarvadlılıq daha çox Kerman, Sistan və Bəluçistan, Gülüstan, Kürdüstan və Cənubi Xorasan əyalətlərində qeydə alınıb.

Nazir müavini vurğulayıb ki, böyük şəhərlərdə və modern bölgələrdə bu hala az rast gəlinir, çünki həmin yerlərdə çoxarvadlılıq cəmiyyət tərəfindən yaxşı qarşılanmır.

İran rəsmisi sosial şəbəkədə çoxarvadlılığın təbliğ olunması ilə bağlı narahatlığını da dilə gətirib və deyib ki, bəziləri izləyici sayını artırmaq və maddi qazanc əldə etmək məqsədilə bu həyat tərzini virtual məkanda təbliğ edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.