ABŞ-ın Qəzza zolağında saxlanılan amerikalı girovların azad edilməsi və daha geniş atəşkəs razılaşmasının əldə edilməsi məqsədilə Fələstinin HƏMAS hərəkatı ilə birbaşa və gizli danışıqlar apardığı bildirilir.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, bu danışıqların ABŞ prezidentinin girovlarla iş üzrə nümayəndəsi Adam Beyler tərəfindən Qətərin paytaxtı Dohada aparıldığı qeyd edilir.
Məlumata görə, ABŞ bu danışıqlar barədə İsraillə məsləhətləşsə də, onların tam əhatə dairəsini açıqlamayıb.
Bu danışıqların nəticələri və tərəflərin razılığa gəlib-gəlməyəcəyi hələlik məlum deyil.
Fidan
Milli.Az