Bakıda dərman deposundan oğurluq edən şəxs saxlanılıb.
Milli.Az xəbər verir ki, martın 4-də Xətai rayonu ərazisində yerləşən şirkətlərdən birinin anbarından 612 manatlıq dərman və tonometr aparatının oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin anbarın işçisi 34 yaşlı M.Əliyev müəyyən olunaraq saxlanılıb.
Nərimanov rayonu ərazisində yerləşən anbardan isə avtomobil diskləri, qapı-pəncərə və 4 ədəd kondisioner talamaqda şübhəli bilinən 34 yaşlı B.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Milli.Az