Paşinyan İrana söz verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanın Qərblə münasibətləri İran üçün təhlükə yarada bilməz.
Milli.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İran Dövlət Televiziyasına müsahibəsində deyib.
"Bizim digər ölkələrlə münasibətlərimizdə İran üçün heç bir təhlükə yoxdur və mən əminəm ki, İranın üçüncü ölkələrlə münasibətlərində Ermənistan üçün təhlükə yoxdur", - deyə erməni baş nazir qeyd edib.
Paşinyan bildirib ki, iki ölkə arasında münasibətlər təbii maraqlara əsaslanır və strateji məntiqə uyğun inkişaf edir.
O vurğulayıb ki, Ermənistan İranın maraqlarına həssasdır. Ermənistan hakimiyyətinin qərbyönlü mövqeyinin İranla münasibətlərə mane olub-olmaması ilə bağlı suala Paşinyan cavab verib ki, İrəvan balanslaşdırılmış və ədalətli xarici siyasət yürüdür. O, rəhbərlik etdiyi illərdə Ermənistan-İran münasibətlərinin dinamikasının əvvəlki illərdən heç də aşağı olmadığını, üstəlik, yaxşılaşdığını vurğulayıb.
Eyni zamanda, Paşinyan qeyd edib ki, 2018-ci ildən sonra İrəvan region ölkələri ilə bağlı siyasətə böyük diqqət yetirməklə yanaşı, Aİ ilə fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, Ermənistan hökuməti bu ölkələrin hər birinə hörmətlə yanaşır.
"Amma regional müxtəliflik təkcə Qərblə deyil, Şərqlə də inteqrasiya imkanı yaradır. Biz şərti Şərqlə münasibətlərimizin zəifləməsini istəmirik, əksinə, onları dərinləşdirmək istəyirik. Bu kontekstdə İranla əlaqələr çox vacibdir. Biz İslam dünyası ilə də əlaqələrimizi dərinləşdirmək istəyirik", - deyə o qeyd edib.
İran Qərb tərəfindən təhdid olunarsa, Ermənistanın necə hərəkət edəcəyi ilə bağlı suala cavab olaraq Paşinyan bildirib ki, İrəvan İslam Respublikasına qarşı yönəlmiş hərəkətlərdə iştirak etməyəcək. Onun sözlərinə görə, məhz təbii maraqlara əsaslanan əməkdaşlıq "bizi bir-birimizin maraqlarına həssas edir. İranın inkişafı və təhlükəsizliyi bizim üçün son dərəcə vacibdir".
Ermənistan və ABŞ arasında bu yaxınlarda imzalanmış strateji əməkdaşlıq müqaviləsi və onun həyata keçirilməsi imkanlarına gəlincə, Paşinyan bu sənədin həm qonşular, həm də region ölkələri üçün niyyətlərin şəffaflığını nümayiş etdirmək baxımından ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb.
"Ümid edirik ki, bu razılaşma həyata keçiriləcək və regionda nəinki təhlükələr artmayacaq, həm də imkanlar önə çəkiləcək", - deyə o bildirib.
Jurnalistin "ABŞ, bir qayda olaraq, öhdəliklərini yerinə yetirmir" fikrinə cavab olaraq, Paşinyan cavab verib ki, İrəvan həmişə regional maraqları nəzərə alır və bundan sonra da bu prinsipi rəhbər tutacaq. "Unikal"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan onu məhkəməyə verdi
-
Paşinyan: Qarabağ bizim deyildi, bizim OLMAYIB - VİDEO
-
“9 Mayı Azərbaycanla sülh şəraitində qeyd edirik”
-
Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb
-
İrəvanda "öz evində" hiss edən Serdar Kılıç: bu diplomatiya yox, acizlikdir
-
Paşinyanla Makronun avtomobildə səmimi görüntüləri - VİDEO
XƏBƏR LENTİ
-
Bakı məktəbində ZORAKILIQ: Şagird uşaqları döyür - VİDEO
-
Efirdə Elzanın bacısı ilə Kəmalə arasında QALMAQAL: Mikrafonları söndürüldü - VİDEO
-
İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş sistemi tətbiq edildi - FOTO
-
Tramp İranı hədələdi: İki seçim var
-
Əməkhaqqılarla bağlı YENİLİK - Belə olacaq
-
Uşağınız ağlayanda bu hərəkətləri qətiyyən ETMƏYİN
-
100 yaşını belə KEÇİRDİLƏR - VİDEO
-
“Lotu Quli”nin qardaşı sanksiya siyahısına SALINDI
-
“AYNA MaaS”a “WUF13” funksiyası əlavə olunub
-
14 yaşlı məktəblini maşın vuraraq ÖLDÜRDÜ
-
Ronaldonun Corcinasının müzakirə yaradan FOTOSESSİYASI
-
Azərbaycanda küçə ticarəti ilə bağlı yeni QƏRAR
-
3 BÜRCə heç vaxt yalan danışmayın: Altıncı hissləri güclüdür
-
Fransanın dünya çempionatı üçün heyəti AÇIQLANDI
-
ABŞ-də təyyarə qəzası: Hər kəs həlak oldu
-
Mənzil almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Şərtlər sadələşdirilə bilər
-
Zeynəb Xanlarovanın yeni görüntüləri yayıldı - VİDEO
-
Bakı metropoliteninin iş rejimi DƏYİŞDİRİLƏCƏK
-
İdman gimnastikası üzrə AGF Trophy beynəlxalq turnirinə start verilib - FOTO
-
ABŞ Çinlə fantastik ticarət razılaşmaları bağlayıb - Tramp
-
Kvaratsxeliya Çempionlar Liqasında bu göstəricidə liderdir
-
Avroviziya-2026: Finala çıxan ölkələrin SİYAHISI
-
Onlara hər ay 1000 manatadək pul VERİLƏCƏK - RƏSMİ
-
Bazarda rekord AZALMA - Neft ucuzlaşdı





