Uşağınız ağlayanda bu hərəkətləri qətiyyən ETMƏYİN
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uşağın ağlaması və isterik davranışları valideynlər üçün ciddi sınağa çevrilə bilər. Lakin belə məqamlarda böyüklər özlərini günahlandırmamalı, baş verənləri uşağın emosiyalarının təbii ifadəsi kimi qəbul etməlidirlər.
Milli.Az xəbər verir ki, bu barədə psixoterapevt, tibb elmləri namizədi İrina Kraşkina "İzvestiya" qəzetinə açıqlamasında danışıb.
Mütəxəssis bildirib ki, valideynlərin ən çox yol verdiyi səhvlərdən biri uşağın göz yaşlarını onun ciddi əziyyət çəkməsinin və ya valideyn uğursuzluğunun göstəricisi kimi qəbul etməsidir.
Halbuki kiçik yaşlı uşaqlar üçün ağlama yorğunluq, qorxu və ya digər güclü emosiyaları ifadə etməyin təbii yoludur.
"4-5 yaşa qədər emosional partlayışlar və göz yaşları psixi inkişafın normal hissəsidir. Bu dövrdə uşaq öz hisslərini tam şəkildə idarə edə bilmir. Buna görə də böyüklərin vəzifəsi emosiyaları boğmaq deyil, uşağa həmin mərhələni təhlükəsiz şəkildə keçməyə kömək etməkdir", - deyə həkim vurğulayıb.
Onun sözlərinə görə, emosional gərginliyin pik həddində uşaq izah və ya razı salma cəhdlərini demək olar ki, qəbul etmir. Buna görə də valideynlər uşağa təhlükəsizlik hissi verməli, onun yanında olmalı və emosiyaların səngiməsini gözləməlidirlər.
Psixoterapevt xəbərdarlıq edib ki, uşağın hisslərini kiçiltmək və ya dəyərsizləşdirmək onun daxili gərginliyini daha da artırır, eyni zamanda öz emosiyalarına qarşı güvənsizlik formalaşdırır.
Mütəxəssis qeyd edib ki, belə hallarda valideynlərin emosional vəziyyəti də böyük əhəmiyyət daşıyır. Aqressiya və əsəb partlayışları adətən yığılan yorğunluq, stress və emosional tükənmədən qaynaqlanır.
Belə vəziyyətlərdə böyüklərə bir qədər fasilə vermək, dincəlmək və emosional resurslarını bərpa etmək tövsiyə olunur.
Ekspert əlavə edib ki, valideynlər ideal olmağa çalışmamalıdırlar. Çünki uşağın davranışına yalnız valideynlərin hərəkətləri deyil, onun yaşı, xarakteri və xarici amillər də təsir göstərir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pensiyalarla bağlı ŞAD XƏBƏR: 10 faiz ARTIB
-
Yeni tikililərdə bitməyən problem: Mənzil var, parkinq yox
-
"Qarabağ" azarkeşlərini SEVİNDİRƏCƏK XƏBƏR
-
Bu gündən Bakı-Dubay reysləri bərpa edildi
-
Bu şəxslər üçün avtobus və metro pulsuz OLDU - RƏSMİ
-
İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş sistemi tətbiq edildi - FOTO
XƏBƏR LENTİ
-
Trampın Çin səfəri bitdi
-
Azərbaycanda məşhur həkimin evi yanaraq külə DÖNDÜ
-
Bu ixtira hərbçilərimizi minalardan QORUYACAQ - VİDEO
-
UEFA “Atletiko Madrid”i cərimələdi
-
Pensiyalarla bağlı ŞAD XƏBƏR: 10 faiz ARTIB
-
Yeni tikililərdə bitməyən problem: Mənzil var, parkinq yox
-
Bu şəxsi tapana 200 min dollar VERİLƏCƏK
-
"Recep İvedik"dən Xoşqədəmlə Doğuşun əkizlərinə TƏBRİK - VİDEO
-
“Yeraltı”da gözlənilməz ayrılıq - FOTO
-
"Qarabağ" azarkeşlərini SEVİNDİRƏCƏK XƏBƏR
-
Bu gündən Bakı-Dubay reysləri bərpa edildi
-
Putin də Çinə gedir
-
Bu şəxslər üçün avtobus və metro pulsuz OLDU - RƏSMİ
-
Bakı məktəbində ZORAKILIQ: Şagird uşaqları döyür - VİDEO
-
Efirdə Elzanın bacısı ilə Kəmalə arasında QALMAQAL: Mikrafonları söndürüldü - VİDEO
-
İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş sistemi tətbiq edildi - FOTO
-
Tramp İranı hədələdi: İki seçim var
-
Əməkhaqqılarla bağlı YENİLİK - Belə olacaq
-
Uşağınız ağlayanda bu hərəkətləri qətiyyən ETMƏYİN
-
100 yaşını belə KEÇİRDİLƏR - VİDEO
-
“Lotu Quli”nin qardaşı sanksiya siyahısına SALINDI
-
“AYNA MaaS”a “WUF13” funksiyası əlavə olunub
-
14 yaşlı məktəblini maşın vuraraq ÖLDÜRDÜ
-
Ronaldonun Corcinasının müzakirə yaradan FOTOSESSİYASI





