Cəmiyyət

“AYNA MaaS”a “WUF13” funksiyası əlavə olunub

15 May 2026 10:52
Baxış: 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar "AYNA MaaS" mobil tətbiqinə yeni funksiya əlavə olunub.

Milli.Az xəbər verir ki, qonaqlar və tədbir iştirakçıları tətbiqdə "WUF13" funksiyasını aktivləşdirməklə sessiyanın keçiriləcəyi günlərdə səyahətlərini daha asan və rahat edə bilərlər.

İstifadəçilər xəritədə xüsusi "WUF13" dayanacaqlarını görə və seçdikləri dayanacaqlar üçün avtobusların gəliş vaxtlarını real zaman rejimində izləyə bilərlər.

Həmçinin, "Gedəcəyiniz yer" bölməsində "Bakı Olimpiya Stadionu"na daxil olaraq məkana səyahəti planlaşdırmaq mümkündür.

Ətraflı məlumat üçün təlimat videosu təqdim olunur:

https://www.youtube.com/shorts/kJV9DEKjk-w 

Aysel
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.