Cəmiyyət

"Qarabağ" azarkeşlərini SEVİNDİRƏCƏK XƏBƏR

15 May 2026 11:37
Baxış: 1 125
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

FIFA-nın "Qarabağ"a tətbiq etdiyi transfer qadağası ləğv olunub.

Milli.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, ali futbol qurumu ağdamlılarla bağlı qərarını dəyişib.

FIFA Premyer Liqa təmsilçisinin növbəti 3 transfer dönəmində oyunçu alışına qadağa qoymuşdu. Lakin məlum olub ki, "Qarabağ"ın bu məsələ ilə bağlı problemi həllini tapıb.

Vitse-çempion bir neçə gün əvvəl transfer qadağası ilə üzləşən "Neftçi" ilə eyni taleyi yaşayıb. Belə ki, "Qarabağ" futbolçulardan birinin transfer ödənişini gecikdirdiyi üçün FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salıb. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qaldırılıb.

Bütün bunlar onu deməyə əsas verir ki, "Qarabağ" yay fasiləsində heyətinə istənilən futbolçunu qata bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.