"Elə davranırlar ki, sanki buralar ulu babalarından miras qalıb" - Xəzər sahilində daha bir hasarlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay mövsümünün gəlişi ilə dənizkənarı ərazilərin hasarlanması və sahil zonalarına girişin məhdudlaşdırılması məsələsi yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, növbəti belə hasarlama işi avtomobil yolundan Xəzərə gedən yolda görülüb.
Belə ki, sonu dənizə çıxmalı olan yol böyük bir villa ilə məhdudlaşdırılıb.
Çimmək istəyən sakinlər ya, hündürlüyü təxminən 2 metrdən çox olan olan divarı aşmalı, ya da həmin villanın həyətindən keçməlidir.
"Ümumi sərvətlər var ki, onlar xalqa məxsusdur. Amma bəzi insanlar elə davranırlar ki, sanki bu ərazilər onlara ulu babalarından miras qalıb", - deyə sakinlərdən biri bildirib.
"Bu, təbiətə müdaxilədir. Ölkə sakinləri ilə Xəzər dənizi arasında, min illərdir bizə miras qalmış sahil xətti arasında süni sədd çəkilir. Bu, yolverilməzdir", - digər sakin qeyd edib.
Mövzu ilə bağlı açıqlama verən millət vəkili Elşad Musayev dəniz sahillərinin qanunsuz şəkildə hasarlanmasını qəbuledilməz adlandırıb.
Deputat bildirib ki, dəniz və sahil əraziləri bütün vətəndaşların istifadəsi üçün nəzərdə tutulub: "Bəzi vəzifəli şəxslər və iş adamları fürsətdən istifadə edərək sahil ərazilərini qanunsuz şəkildə hasarlayırlar. Onlar nə qanunlardan, nə də ictimai narazılıqdan çəkinirlər".
Elşad Musayevin sözlərinə görə, müvafiq dövlət qurumları və səlahiyyətli şəxslər bu kimi qanunsuz halların qarşısını almalıdır. (baku.tv)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar - (Foto)
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! - (Foto)
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Qarabağda nəhəng su layihəsi - 700 min nəfərə şad xəbər
-
Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye
XƏBƏR LENTİ
-
Xalq artistinin son vəziyyəti açıqlandı
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar - (Foto)
-
Bankların problemli kredit portfelində hansı sahə öndədir?
-
Sükan arxasında telefon işlədənlərə yeni qayda gəlir
-
Bəyi ilk dəfə toyda görən gəlinin üz ifadəsi diqqət çəkdi (Video)
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! - (Foto)
-
Yevlaxda yol qəzasında iki nəfər öldü
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub - (Foto)
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Modeli döyən iş adamına hökm oxundu
-
Tanınmış din xadimi xəstəxanaya yerləşdirildi
-
"Umdum ki, Fədayə Laçın yanıma gəlsin, amma gəlmədi"
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
-
Qarabağda nəhəng su layihəsi - 700 min nəfərə şad xəbər
-
Türk serialı cəmi 2 bölüm davam gətirdi – Aktyorlar ağladı - (Video)
-
Ermənistan parlamentinin iclasında insident - (Video)
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib (Foto)





