İdman

Kvaratsxeliya Çempionlar Liqasında bu göstəricidə liderdir

15 May 2026 10:05
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

PSJ-nin cinah oyunçusu Xviça Kvaratsxeliya, "Bavariya"nın hücumçusu Harri Keyn, "Qalatasaray" hücumçusu Viktor Osimhen və "Sportinq"in oyunçusu Fransisko Trinkao ilə birlikdə Çempionlar Liqasında bu mövsüm "Matçın oyunçusu" mükafatlarının sayına görə liderlik edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Avropanın ən nüfuzlu turnirinin sosial media hesabına görə, hər biri dörd oyunda "Matçın oyunçusu" seçilib.

Kilian Mbappe (Real Madrid), Xulian Alvares (Atletiko Madrid), Entoni Qordon (Nyukasl), Yens Petter Hauge (Bodo-Qlimt), Şarl De Ketelaere (Atalanta), Deklan Rays (Arsenal) və Xavi Simons (Tottenhem) hər biri üç mükafat qazanıblar.

Qeyd etmək lazımdır ki, Kvaratsxeliya Çempionlar Liqasının finalında Londonun "Arsenal" komandasına qarşı oynayacağı üçün siyahının yeganə lideri olmaq şansına malikdir. Matç 30 mayda Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.