Ermənistan

Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

7 May 2026 22:24
Baxış: 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ermənistanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, səfirə Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyaya qarşı terror təhdidlərini səsləndirməsi üçün tribuna təmin etməsinin qəbuledilməz olduğu bildirilib.

Moskva İrəvanın Ukrayna prezidentinin "kobud davranışı"na mənfi qiymət verməməsini Rusiya-Ermənistan münasibətlərinin tərəfdaşlığa əsaslanan təbiətinə zidd hesab edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.