Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Xalq üçün yaşanan ömür" adlı tədbir keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media mənsubları, həmkarlar ittifaqlarının çoxsaylı üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ulu Öndərin zəngin və mənalı həyat yolunu, müasir Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərini əks etdirən film nümayiş olunub.
Tədbirdə xalqımızı ağır sınaqlardan çıxaran, ölkəni dərin ictimai-siyasi və iqtisadi böhran vəziyyətindən xilas edən, müasir Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin ölkəmizin davamlı inkişaf və tərəqqi yolunun möhkəm təməlini formalaşdırdığı, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi bildirilib.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda bütün sahələr dinamik inkişaf edir, ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənir, nüfuzu ildən-ilə artır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan mühüm nailiyyətlər ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının, milli həmrəyliyin, güclü siyasi iradənin və qüdrətli dövlətçilik ənənələrinin parlaq təzahürüdür. Bu uğurların təməlində isə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və milli dövlətçilik ideyaları dayanır.
Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizin sosial-iqtisadi inkişafına, milli-mənəvi dəyərlərin qorunması və təbliğinə verdiyi mühüm töhfələr xüsusi qeyd olunub, Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əhəmiyyətindən danışılıb.
Tədbir Ümummilli Liderin rəğbət bəslədiyi musiqi və poeziya nümunələrindən ibarət konsert proqramı ilə davam edib. Xalq artistləri - Mənsum İbrahimov və Niyaməddin Musayev, əməkdar artistlər - Gülüstan Əliyeva, Təyyar Bayramov, Ramil Qasımov və digər tanınmış incəsənət nümayəndələrinin ifaları böyük maraqla qarşılanıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
-
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib - FOTO
-
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
-
Hikmət Hacıyev Bakıda Polşa rəsmisi ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO
-
Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik - XİN
-
Sibiqa Ceyhun Bayramovla danışdı
XƏBƏR LENTİ
-
“Sevdiğim Sensin”dən ayrılır - FOTO
-
Hüseyn Əsgərli yeni vəzifəyə təyin olundu
-
Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb
-
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
-
İlon Mask rekord məbləğdə vergi ödədi
-
“Delikanlı” izləyicilərinə pis xəbər
-
Zelenskidən Rusiyanın atəşkəs təklifinə reaksiya
-
Pezeşkian İranın Ali Lideri ilə görüşüb
-
5-ci dəfə ərə gedir?
-
Yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar
-
“Özünə ev tikirsən, camaatın qəbri ilə nə işin var?”
-
Əməkdar artistin bacısının evi qarət olundu
-
Məktəb direktoru cəzalandırıldı - FOTO
-
Rusiya atəşkəs elan edib
-
"Real"ın ulduzu zədə səbəbilə 1 il oynaya bilməyəcək - FOTO
-
Nurlan Fətəliyevə yeni vəzifə verildi
-
ÇL-in finalında kimin şansı daha çoxdur?
-
Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb - FOTO
-
Evlilikdə ən sadiq qalan 3 bürc
-
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib - FOTO
-
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
-
Sumqayıtda binada yanğın - Sakinlər təxliyə olundu - VİDEO
-
Meteor yağışı olacaq
-
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR? - FOTO





