İdman

"Real"ın ulduzu zədə səbəbilə 1 il oynaya bilməyəcək - FOTO

7 May 2026 19:52
Baxış: 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Real Madrid"in heyətində ciddi itki yaşanıb.

Milli.Az xəbər verir ki, ​klubun sol cinah müdafiəçisi Ferland Mendidən bəd xəbər var. Fransalı futbolçunun sağ ayağındakı zədəsi yenidən nüks edib.

​Klubun tibbi heyətindən sızan məlumatlara görə, Mendinin sağ ayaq düz əzələ vətərindəki problem gözləniləndən daha ciddi xarakter alıb. Tibbi müayinələrin nəticəsi olaraq, hazırda ən real çıxış yolu kimi cərrahi müdaxilə variantı masadadır.

​Əməliyyat ehtimalının yüksək olması o deməkdir ki, ulduz futbolçu cari mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. Hətta reabilitasiya müddətinin uzun çəkəcəyi təqdirdə, Mendinin növbəti mövsümün startını da qaçıracağı ehtimal edilir.

​"Kral Klubu"nun müdafiə xəttindəki bu itki, həm La Liqa, həm də Avropa arenasındakı kritik oyunlar öncəsi baş məşqçi üçün ciddi başağrısına çevrilib. (Offsideplus.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.