Bakıda hansı ərazilərdə evlərin qiyməti daha çox artdı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-ci ilin aprel ayında Bakıda daşınmaz əmlak bazarının indeksi 101.8 səviyyəsinə yüksəlib ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 1.8 faiz artım deməkdir.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) məlumat yayıb.
Palatadan bildirilib ki, müşahidə olunan dinamika bazarın sürətli qiymət artımı mərhələsindən çıxaraq daha sabit, selektiv və fundamental göstəricilərə əsaslanan balanslı inkişaf fazasına keçdiyini təsdiqləyir:
"İndeksin strukturunda ən yüksək çəkiyə malik olan yeni tikili mənzil seqmenti 38 faizlik payla bazarın əsas hərəkətverici komponenti olaraq qalır. Bu seqmentdə 102.6 indeks səviyyəsi qeydə alınaraq 2.6 faiz artım baş verib. Bu artım əsasən şəhərin mərkəzi və premium zonalarında, xüsusilə Nərimanov, Nəsimi, Yasamal və Ağ Şəhər ərazilərində yüksək tələb və məhdud təklif fonunda formalaşıb. Bununla yanaşı, kütləvi yaşayış layihələrində artım tempinin zəifləməsi bazarın daha rasional qiymət davranışına keçid etdiyini göstərir.
Köhnə tikili mənzil seqmenti 27 faizlik çəkisi ilə bazarda ikinci ən böyük komponent olaraq qalır. Burada 101.6 indeks səviyyəsi ilə 1.6 faiz artım müşahidə olunub. Bu seqmentdə qiymət dinamikası nisbətən zəif olmaqla bəzi alt bazarlarda lokal korreksiya elementləri də qeydə alınıb. Bununla belə orta və median qiymət göstəricilərinin yaxınlığı bazarın struktur baxımından hələ də stabil olduğunu təsdiq edir.
Həyət evləri seqmenti 16 faizlik çəki ilə ümumi indeksin formalaşmasında mühüm rol oynayır və burada 102.5 indeks göstəricisi ilə 2.5 faiz artım baş verib. Bu seqmentdə qiymətlərin əsas formalaşdırıcı amili torpaq komponenti olaraq qalır və xüsusilə yüksək tələbatlı şəhər zonalarında torpaq dəyərinin sabit yüksək səviyyəsi ümumi artımı dəstəkləyir.
Torpaq bazarı 10 faizlik çəkiyə malik olmaqla 102.6 indeks səviyyəsinə yüksəlib və 2.6 faiz artım nümayiş etdirib. Bu artım əsasən development potensialı yüksək olan ərazilərə, xüsusilə Nərimanov, Xətai, Səbail və Nizami rayonlarında yerləşən sahələrə artan tələbatla izah olunur. Şəhərsalma layihələrinin aktivliyi bu seqmentdə qiymətlərin dayanıqlığını gücləndirən əsas faktor kimi çıxış edir.
Kommersiya daşınmaz əmlak bazarı 8 faizlik çəki ilə ümumi indeksə daxil olmaqla 100 səviyyəsində sabit qalaraq 0 faiz dəyişiklik nümayiş etdirib. Bu seqmentdə qiymət davranışları obyektlərin tipologiyasına görə ciddi fərqlilik göstərir. Premium kiçik sahəli obyektlərdə yüksək qiymət səviyyəsi qorunub saxlanıldığı halda, iri sahəli və anbar tipli obyektlərdə daha aşağı və sabit qiymət diapazonu müşahidə olunur. Bu struktur fərqlər bazarın ümumi sabitlik göstəricisini formalaşdıran əsas amillərdən biridir.
Qaraj bazarı 1 faizlik kiçik çəkiyə malik olmasına baxmayaraq ümumi indeksə təsir göstərən seqmentlərdən biridir və burada 97.6 indeks səviyyəsi ilə 2.4 faiz azalma qeydə alınıb. Bu azalma əsasən aşağı likvidlik, məhdud tələb və funksional istifadə strukturunun daralması ilə əlaqədardır.
Ümumilikdə, AQP indeksinin komponentləri üzrə çəkili dinamika göstərir ki, bazarın artım tempi artıq genişmiqyaslı və sinxron deyil, daha çox seçici və seqmentləşmiş xarakter daşıyır. Yeni tikili və torpaq seqmentləri bazarın əsas artım lokomotivləri olaraq qalarkən, köhnə tikili və kommersiya seqmentləri daha stabil, qaraj bazarı isə zəif eniş trendi ilə fərqlənir.
Nəticə etibarilə, 2026-cı ilin aprel göstəriciləri Bakı daşınmaz əmlak bazarının artıq daha yetkin mərhələyə keçdiyini, qiymət formalaşmasının daha çox fundamental amillər və seqmentlərarası balans əsasında müəyyənləşdiyini göstərir. AQP metodologiyası isə bu struktur dəyişiklikləri yüksək dəqiqliklə əks etdirən analitik çərçivə kimi bazarın real davranış modelini təqdim edir".
Xatırladaq ki, Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) dövrü olaraq daşınmaz əmlak, nəqliyyat və tikinti indekslərini təqdim edilir və bu informasiyalar təfsilatlı olaraq Palataya məxsus aqp.gov.az portalında yerləşdirilir.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
XƏBƏR LENTİ
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi
-
Azərbaycan gimnastları Çində keçirilən turnirdə bürünc medal əldə ediblər
-
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
-
Hörmüz boğazında iki neft tankerində yanğın baş verib
-
Kamçatkada 5 zəlzələ baş verdi
-
Rəşad Məcidə ağır itki
-
İranda ağır qəza: 11 nəfər öldü, 19 nəfər yaralandı
-
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
-
Payızda dəriyə necə qulluq edilməlidir?
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova





