Yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Naftalanda yeniyetməni parkda döyərək görüntülərini sosial şəbəkələrdə yayıblar.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki parkda baş verib.
16 yaşlı İbrahim Musayev (ad və soyad şərtidir - red.) parkda gəzərkən zərərçəkən Elmir Kərimova (ad və soyad şərtidir - red.) yaxınlaşaraq nə səbəbə anası barədə xoşagəlməz ifadələr səsləndirdiyini soruşub. Elmir etiraz etdikdə İbrahim bu barədə əlində səs yazısı olduğunu deyib. Daha sonra əsəbiləşdiyi üçün o, yanındakı iki tanışı ilə köməkləşərək Elmiri yaxınlıqdakı zibil qabına atıblar. Tanışlarından biri hadisəni telefonla videoya çəkib. Elmir ərazidən uzaqlaşmaq istəyəndə isə İbrahim onu vuraraq yerə yıxıb.
Sonra hadisənin videosu "TikTok" sosial şəbəkəsində paylaşılıb.
Zərərçəkənin şikayəti əsasında İbrahim polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 510.2-ci (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddələri ilə protokol tərtib olunub.
İbrahim Musayev ifadəsində əməlindən peşman olduğunu, Elmirdən və onun anasından üzr istədiyini bildirib.
Zərərçəkənin qanuni nümayəndəsi isə şikayətçi olduğunu deyərək, həm İbrahimin, həm də Elmiri zibil qutusuna atan digər şəxsin cəzalandırılmasını xahiş edib.
Barəsində inzibati xəta üzrə icraat aparılan İbrahimin vəkili isə müvəkkilinin yeniyetmə olduğunu nəzərə alaraq yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə İbrahim Musayev 500, ona kömək edən tanışı isə 400 manat məbləğində inzibati qaydada cərimələniblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
5-ci dəfə ərə gedir?
-
Yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar
-
“Özünə ev tikirsən, camaatın qəbri ilə nə işin var?”
-
Əməkdar artistin bacısının evi qarət olundu
-
Məktəb direktoru cəzalandırıldı - FOTO
-
Rusiya atəşkəs elan edib
-
"Real"ın ulduzu zədə səbəbilə 1 il oynaya bilməyəcək - FOTO
-
Nurlan Fətəliyevə yeni vəzifə verildi
-
ÇL-in finalında kimin şansı daha çoxdur?
-
Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb - FOTO
-
Evlilikdə ən sadiq qalan 3 bürc
-
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib - FOTO
-
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
-
Sumqayıtda binada yanğın - Sakinlər təxliyə olundu - VİDEO
-
Meteor yağışı olacaq
-
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR? - FOTO
-
Qurban Qurbanovun yeni biznesi: Açılışa onlar gəldi
-
Bakıda hansı ərazilərdə evlərin qiyməti daha çox artdı?
-
Tanınmış idmançı güllələndi
-
“Hayal Kahvesi”ndə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTO
-
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili barədə rəsmi açıqlama
-
KOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
-
Qızıl almaq istəyənlər üçün VACİB XƏBƏR
-
Yayılan virusla bağlı ÜST-dən açıqlama





